Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edilib

 

Yanvarın 7-də İkinci Fəxri xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu olmuş şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin media nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət ehtiramla yad edilib.

Mərasimdə general-mayor Həsən Əlövsədov çıxış edərək polkovnik-leytenant R.Atakişiyevin şərəfli xidmət yolundan, vətənpərvərliyindən peşəkarlığından danışıb, onun gənc pilotlar üçün örnək olduğunu qeyd edib.

Bildirilib ki, polkovnik-leytenant R.Atakişiyevin xatirəsi hər zaman xalqımızın yaddaşında yaşayacaq, fəxrlə anılacaq.

Şəhidin ailə üzvləri göstərilən diqqət qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.-2025.- 8 yanvar (№2).- S.16.