2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə
seçkilərində Mərkəzi
Seçki Komissiyasına
daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması
barədə Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 3/11
2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkilərində
53 saylı Yevlax-Mingəçevir
seçki dairəsindən
Salahlı bələdiyyəsi
üzrə namizədlikləri
öz təşəbbüsləri
ilə irəli sürülmüş Quliyev
Səbuhi Hüseyn oğlu, Nuriyev Ruslan Şahid oğlu və digərləri 13 yanvar
2025-ci il tarixdə Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək
həmin seçki dairəsi dairə seçki komisiyasının
sədrinin və katibinin hərəkətsizliyini
mübahisələndirmiş və bununla bağlı müvafiq tədbir görülməsini
xahiş etmişlər.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (bundan
sonra - Seçki Məcəlləsi) 112-ci və
112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
fəaliyyət göstərən
ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilmiş,
bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən
keçirilərkən müəyyən
olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə
tutulmuş şikayətvermə
müddəti ötürülməklə
ünvanlanmış və
bu səbəbdən də ekspert qrupunun üzvü onun şikayət etmiş şəxslərə
geri qaytarılması
barədə rəy vermişdir.
Seçki Məcəlləsinin
112.1-ci maddəsinə görə
seçki subyektləri
vətəndaşların seçki
hüquqlarını pozan
qərar və hərəkətlərdən (hərəkətsizlikdən)
həmin qərarın
dərc edildiyi və ya alındığı,
hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən
başlayaraq 3 gün müddətində şikayət
edə bilər.
Seçki Məcəlləsinin
112-1.14.1-ci maddəsinə əsasən,
şikayət qanunla müəyyən olunmuş
qaydada və müddətdə, yəni
qərardan, hərəkətin
(hərəkətsizliyin) baş
verməsindən və
ya maraqlı tərəfin xəbərdar
olmasından sonra 3 gün ərzində daxil olmalıdır.
Yuxarıda göstərilənləri
əsas götürərək
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə
əsasən qərara
alır:
1. 2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkilərində
53 saylı Yevlax-Mingəçevir
seçki dairəsindən
Salahlı bələdiyyəsi
üzrə namizədlikləri
öz təşəbbüsləri
ilə irəli sürülmüş Quliyev
Səbuhi Hüseyn oğlu, Nuriyev Ruslan Şahid oğlu və digərlərinin Mərkəzi
Seçki Komissiyasına
daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciəti qanunvericiliklə
müəyyən olunmuş
şikayətvermə müddəti
ötürülməklə verildiyindən şikayət
etmiş şəxslərə
geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14.01.2025
Azərbaycan.-2025.-
15 yanvar (№ 8).- S.5.