Qərbi Azərbaycan İcması
BMT-nin Baş katibinə və İnsan hüquqları üzrə Ali Komissarına məktublar ünvanlayıb
Məlum olduğu
kimi, Levon Ter-Petrosyanın 1993-cü ildə
Ermənistanın prezidenti
qismində etdiyi, azərbaycanlılara qarşı
həyata keçirilmiş
etnik təmizləmənin
Ermənistanın dövlət
siyasəti olduğunu
təsdiq edən çıxışının videoyazısı bu yaxınlarda mətbuatda yayılıb.
Hakimiyyət illəri
Azərbaycan torpaqlarının
işğalı və
azərbaycanlılara qarşı
etnik təmizləmə
əməllərinin böyük
hissəsinin aparıldığı
dövrə təsadüf
edən Ter-Petrosyanın
bu bəyanatı Ermənistanın sistemli etnik təmizləmə siyasətini və bu kimi fəaliyyətlərə
rəvac verən təhlükəli irqçilik
ideologiyasını sübuta
yetirən fövqəladə
əhəmiyyətə malik
bir dəlildir.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Qərbi Azərbaycan İcmasının
açıqlamasında yer
alıb.
Açıqlamada, həmçinin
bildirilib: "Bu bəyanat etnik təmizləmə və işğal siyasətinin arxasında məqsədyönlü
niyyətin olmasını,
Ermənistanın dövlət
məsuliyyətini, insanlığa
qarşı cinayətlərin
və sülh pozuculuğu cinayətlərinin
sistemli və mütəşəkkil xarakterini
və konkret planın mövcudluğunu
sübut edir.
Bu məsələ
ilə əlaqədar
olaraq, Qərbi Azərbaycan İcması
BMT-nin Baş katibi Antonio Quterreşə və BMT-nin İnsan Hüquqları üzrə
Ali Komissarı Folker Türkə məktublar ünvanlayıb.
Məktublarda Ermənistanın
sistemli şəkildə
dövlət səviyyəsində
həyata keçirdiyi
irqi ayrı-seçkilik
və etnik təmizləmə siyasətinin
beynəlxalq ictimaiyyət
tərəfindən qətiyyətlə
qınanması üçün
çağırış edilir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyətin Ermənistanın irqi ayrı-seçkilik siyasətinə qarşı qətiyyətli mövqe tutmasına nail olmaq üçün səylərini davam etdirəcək”.
Azərbaycan.-2025.- 15 yanvar (№ 8).- S.5.