Qərbi Azərbaycan İcmasıDeutschlandfunkictimai radio kanalının yol verdiyi irqi ayrı-seçkiliyi qınayıb

 

 

Almaniya Federativ Respublikasına məxsus ictimai radio kanalıDeutschlandfunk”-da 2025-ci il yanvarın 12-də Azərbaycan xalqına dövlətinə qarşı böhtan dolu veriliş yayınlanmışdır. Materialın əsas süjeti bədnam azərbaycanfob Tessa Hofmanla müsahibə əsasında qurulmuşdur. Verilişdə guya 1990-cı ildə Azərbaycanda ermənilərə qarşı qanunsuz əməllərə yol verildiyi iddia edilmiş keçmiş münaqişənin tarixi radikal erməni millətçiliyi konsepsiyasına uyğun təqdim edilmişdir.

Verilişdə münaqişə zamanı Ermənistanın bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyması, Azərbaycan ərazilərini işğal edib viran etməsi, mədəni irsini dağıtması barədə bir kəlmə olsun söz açılmır. Eyni şəkildə, 1987-1991-ci illərdə Ermənistandan üç yüz min azərbaycanlının etnik təmizləməyə məruz qalması 216 azərbaycanlının Ermənistanda qətlə yetirilməsininüzərində sükutla keçilir.

AZƏRTAc xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.

Qeyd olunur ki, kanalın irqi ayrı-seçkiliyə əsaslanan, nifrət dolu verilişlər yayımlayaraq, regionda gərginlik yaratmaq əvəzinə Ermənistanın irqçilik siyasətini, o cümlədən, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın prezident olduğu dövrdə etdiyi azərbaycanlılara qarşı etnik təmizləməni dövlət siyasəti olduğunu təsdiq edən bu günlərdə ortaya çıxmış məlum çıxışını pisləməlidir.

Qərbi Azərbaycan İcması olaraq bizDeutschlandfunkictimai radio kanalının yol vermiş olduğu irqi ayrı-seçkiliyi qınayır radio rəhbərliyini bu qəbuledilməz addımla bağlı müvafiq ölçü götürməyə çağırırıq".

 

Azərbaycan.-2025.- 15 yanvar (¹ 8).- S.5.