16 min
124 namizəd, 23 siyasi
partiya, 69 minə yaxın müşahidəçi
Qarşıdan gələn
6-cı bələdiyyə seçkiləri Azərbaycanın
demokratik inkişafının
növbəti təcəssümü
olacaq
Respublikamız mühüm
siyasi-ictimai hadisə ərəfəsindədir. Cəmi
iki həftədən
sonra ölkədə
növbəti bələdiyyə
seçkiləri keçiriləcək.
Bu, 1999-cu ildən bəri sayca 6-cı bələdiyyə seçkiləri
olacaq.
Seçkilər 685 bələdiyyəyə
keçiriləcək
Azərbaycanda uğurla
həyata keçirilən
hüquqi-demokratik dövlət
quruculuğu prosesinin mühüm tərkib hissələrindən biri
yerli və regional demokrtiyanın inkişafıdır. Yerli
demokratiyanın təcəssümü
olan bələdiyyə
qanunla müəyyən
edilmiş ərazi hüdudları daxilində
yerli özünüidarəetmə
formasıdır. Bələdiyyənin
öz mülkiyyəti
və yerli büdcəsi olur.
Respublikamızda ilk
dəfə 1999-cu il dekabr ayında keçirilmiş seçkilər
ölkəmizin həyatında
çox mühüm hadisə olmaqla, demokratlk dövlət quruculuğunda mühüm
rol oynamışdır. Sonuncu dəfə bələdiyyə
seçkiləri 5 il əvvəl - 2019-cu il dekabrın 23-də keçirilib.
O zaman 1606 bələdiyyəyə
seçkilər keçirilmişdi.
Son illərdə
respublikamızda aparılmış
genişmiqyaslı islahatlar,
dövlət idarəçiliyinin
təkmilləşdirilməsi sahəsində və ölkəmizin sosial-iqtisadi
inkişafında əldə
edilmiş nailiyyətlər,
əhalinin yaşayış
səviyyəsinin yüksəldilməsi
yerli özünüidarəetmə
orqanları olan bələdiyyələrin də
fəaliyyətinin müasir
səviyyədə qurulmasını
zəruri edib. Bu məqsədlə bələdiyyələrin yerləşdiyi
yaşayış məntəqələrinin
sosial-iqtisadi vəziyyəti
və digər yerli xüsusiyyətləri
əsas götürülərək
cari ildə bələdiyyələrin birləşməsi
həyata keçirilib.
Xarici təcrübə
də onu göstərir ki, bələdiyyələrin fəaliyyətinin
səmərəliliyinin artırılması,
iqtisadi və maliyyə potensialının
gücləndirilməsi yollarından
biri də onların birləşməsidir.
Bunun da nəticəsində bələdiyyələrin
ümumi sayı azaldılaraq 685-ə çatdırılıb.
Bu birləşmə prosesi yerli özünüidarəetmə
orqanları üçün
yeni üfüqlər
və imkanlar açır, bələdiyyələr
böyüyür və
güclənir.
Qarşıdan gələn
bələdiyyə seçkiləri
118 seçki dairəsi
üzrə 685 bələdiyyəyə
keçiriləcək. Mərkəzi
Seçki Komissiyasının
sədri Məzahir Pənahov bildirib ki, 7 dairə tam olaraq məcburi
köçkünlərdən ibarətdir. Onlar da daimi yaşayış
məntəqələrinə qayıtmadıqları üçün
orada bələdiyyə
seçkiləri keçirilmir.
Seçicilərlə görüşlərin keçirilməsi
üçün 5912 yer
müəyyən edilib
Seçkilərin nəticəsi
olaraq 8071 bələdiyyə
üzvü seçiləcək. Budəfəki bələdiyyə seçkilərində
16 min 124 namizəd mübarizə aparır. Onlar 23 siyasi partiyanın üzvüdürlər.
Seçkilərdə müşahidəçi
qismində iştirak etmək üçün ümumilikdə 69 minə
yaxın yerli müşahidəçi akkreditasiyadan
keçib.
"Azərbaycan Respublikasında
bələdiyyə seçkilərinin
hazırlanıb keçirilməsi
üzrə Tədbirlərin
Təqvim Planı"na
əsasən, yanvarın
6-dan seçkiqabağı təşviqat başlayıb.
Azərbaycanın seçki
qanunvericiliyinə əsasən,
seçkiqabağı təşviqatın
müddəti 23 gündür.
Yanvarın 28-dək davam
edəcək kampaniya çərçivəsində Seçki Məcəlləsinə
əsasən qeydə
alınmış namizədlər,
onların səlahiyyətli
nümayəndələri və
vəkil edilmiş şəxsləri, namizədi
qeydə alınmış
siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri
və vəkil edilmiş şəxsləri
təşviqat işlərini
apara bilərlər.
Onu da qeyd edək ki, bələdiyyə seçkilərində qeydə
alınmış namizədlərin,
namizədləri qeydə
alınmış siyasi
partiyaların seçicilərlə
görüşlərinin keçirilməsi
üçün 3730-u açıq,
2182-si qapalı olmaqla,
ümumilikdə 5912 yer
müəyyən edilib.
Bələdiyyə seçkiləri
ilə əlaqədar
seçki bülletenlərinin
çapına da başlanılıb. Qanunvericiliyin
tələblərinə uyğun
olaraq, seçki bülletenlərinin mətni,
forması, sayı və hazırlanma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən
edilib və 6 milyon 52 min 721 seçki bülleteninin çap olunmasına qərar verilib.
Seçkilər hər
bir dövlətin həyatında mühüm
siyasi hadisə hesab olunur. Seçkilər
həm də ölkənin demokratik inkişaf səviyyəsini
nümayiş etdirir. Bu baxımdan qarşıdan gələn
bələdiyyə seçkiləri
Azərbaycanın siyasi
həyatında növbəti
mühüm hadisəyə
çevrilməklə yanaşı,
ölkəmizin demokratik
yüksəlişinin təcəssümü
olacaq.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2025.-
15 yanvar (№ 8).- S.6.