Yeni Azərbaycan Partiyası müşavirə keçirib
Azərbaycan Respublikasında
yanvarın 29-na təyin
edilmiş bələdiyyə
seçkiləri ilə
əlaqədar Yeni Azərbaycan Partiyasının
Tədbirlər Planına
uyğun olaraq yanvarın 14-də Mərkəzi
və dairə seçki komissiyalarında
fəaliyyət göstərəcək
məşvərətçi səs hüquqlu üzvlərlə onlayn müşavirə keçirilib.
YAP-dan bildirilib ki, müşavirədə məşvərətçi səs hüquqlu üzvlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərinin də demokratik, şəffaf və ədalətli keçirilməsi üçün Mərkəzi və dairə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlərin vəzifələrinin öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə olunub.
Azərbaycan.-2025.- 15 yanvar (№ 8).- S.6.