Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir

 

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı davamlı xarakter daşıyır. Bunun bariz göstəricilərindən biri son illər qeyri-neft ticarətinin ümumi həcminin bir neçə dəfə  artmasıdır. Kənd təsərrüfatı, texnologiya, əczaçılıq enerji infrastrukturu sektorlarına investisiyaların yönəldilməsi prioritet  təşkil edir.

Hər iki ölkənin dövlət başçılarının  qarşılıqlı səfərləri  iqtisadi əlaqələrin    getdikcə  inkişafına böyük təkan verir. Prezident İlham Əliyevin BƏƏ- bu il yanvarın 13-də başlanan işgüzar səfəri, yanvarın 14-də Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak etməsi ilə münasibətlərin növbəti səhifəsi açılır.   Ölkəmizin ayrı-ayrı nazirlik qurumlarının genişlənən əməkdaşlığı da məhz bu münasibətlərdən qaynaqlanır. Məsələn, 2023-cü ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında strateji əməkdaşlıq sazişinin imzalanmasını xatırladaq. Saziş Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində imzalanıb.

Saziş ətraf mühitin mühafizəsi sahəsində SOCAR ADNOC arasında birgə fəaliyyətin daha da genişləndirilməsini, o cümlədən mavi hidrogen, geotermal enerji karbon emissiyalarının idarə edilməsi sahəsində əməkdaşlıq məsələlərini nəzərdə tutur.

COP-dan söz düşmüşkən, COP28-in keçirildiyi BƏƏ, COP29-a  ev sahibi  olan  Azərbaycan COP30-u qəbul edəcək Braziliyanın "Troyka" şəklində fəaliyyəti sözügedən əməkdaşlığa  güclü dəstək verib. BƏƏ Azərbaycan  arasında təmiz bərpaolunan enerji sahəsində davamlı əməkdaşlıq onların hazırda bəşəriyyətin üzləşdiyi ən böyük problem olan iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizədə birgə səylərini artırır.

Bütün bunlarla yanaşı, ölkələrimizin birgə reallaşdırdığı "yaşıl enerji"  layihələri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, BƏƏ-nin "Masdar" şirkətinin ölkəmizdə həyata keçirilən bərpaolunan enerji layihələrində önəmli rolu var. Təkcə o faktı qeyd etmək kifayətdir ki, "Masdar" Bakıda Xəzər regionunun MDB məkanının ən böyük günəş-elektrik stansiyasını tikib.

Xatırladaq ki, 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası 2023-cü il oktyabrın 26-da işə salındı. Obyektin təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilmişdi. Prezident stansiyanın açılışında da iştirak etdi.

Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmaqla 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.

Məlum olduğu kimi, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ölkəmizdə "yaşıl enerji" istehsalının genişləndirilməsi məsələsi əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Bu məqsədə doğru atılan inamlı uğurlu addımlardan biri məhz "Qaradağ"ın tikintisinin başa çatdırılıb istifadəyə verilməsi oldu.

Keçən il isə Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov BƏƏ-nin sənaye yüksək texnologiyalar naziri, "Masdar" şirkətinin idarə heyətinin sədri Sultan Əhməd Əl-Cabirin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüş tərəfdaşlığın uğurla davam etdiyinin daha bir təsdiqi oldu. Belə ki, görüşdə "Masdar" şirkəti ilə quruda dənizdə "yaşıl enerji" layihələrinin icrası, hər iki ölkənin apstrim sektorunda dövlət şirkətlərinin iştirakı, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi. 1000 MVt gücündə günəş külək enerjisi stansiyalarının inşası ölkələrimizin "yaşıl enerji" keçidinə birgə töhfəsi kimi dəyərləndirildi.

Görüşün yekununda Energetika Nazirliyi "Azərenerji" ASC ilə "Masdar" şirkəti arasında 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş-elektrik stansiyaları 240 MVt gücündə Abşeron-Qaradağ Külək-Elektrik Stansiyası layihələri üzrə "İnvestisiya müqaviləsinə Əlavə", "Enerji alqı-satqı müqaviləsi", "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" "Torpaq icarə müqaviləsi" imzalandı.

2024-cü il iyunun 4-də Prezident İlham Əliyev "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft Qaz - "Caspian Oil&Gas" 12-ci Xəzər Beynəlxalq Energetika "Yaşıl Enerji" - "Caspian Power" sərgilərinin açılışı zamanı Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye yüksək texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar günəş-elektrik stansiyalarının Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməlini qoydular. Sultan Əhməd Əl-Cabir tədbirdəki çıxışında dedi: "Məqsədimiz 2030-cu ilədək bərpaolunan enerji potensialını üç dəfə artırmaqdır. Böyük məmnuniyyətlə deyərdim ki, zati-aliləri, cənab Prezident qeyd etdiyi kimi, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan hazırda üç yeni bərpaolunan enerji layihəsinin təməlqoyma mərasimini qeyd edəcəkdir. Biləsuvar Neftçala günəş-elektrik stansiyaları, Abşeron-Qaradağ külək layihəsi ilə birlikdə Azərbaycanın artmaqda olan enerji ehtiyaclarını təmin etmək məqsədilə 1 qiqavat təmiz enerji hasil edəcək. Bütün bunlar faktiki olaraq, Birləşmiş Ərəb Əmirliklərinin tərəfdaşlıq tarixinə yazılmaqdadır. Belə ki, burada məqsəd bu ölkənin "yaşıl inkişaf"ını, artımını gücləndirmək Dayanıqlı İnkişaf Məqsədlərini qlobal şəkildə təşviq etməkdir. Qeyd etmək istəyirik ki, bu cür praktiki tərəfdaşlıqlar bizim bu sahə üzrə öhdəliyimizi bir daha nümayiş etdirir, eyni zamanda bizim səmimi niyyətlərimizi bu sahəyə olan həqiqi marağımızı bir daha ifadə edir. Məqsədimiz burada yaşıl artım gündəliyini inkişaf etdirməkdir".

 Əlavə etmək yerinə düşər ki, 2006-cı ildə BƏƏ- yaradılan "Masdar" həmin vaxtdan bəri zəngin təcrübə toplayıb, dünyada günəş külək enerjisinin inkişafına on milyardlarla dollardan çox sərmayə yönəldərək onlarca layihənin iştirakçısı olub.

Onu da xatırladaq ki, COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev "Masdar" şirkətinin adını çəkdi. Bu da təsadüfi deyil. Çünki BƏƏ-nin bu tanınmış şirkəti "yaşıl enerji" sahəsində ən böyük yaxın tərəfdaşlarımızdandır.

 

Flora SADIQLI,

Azərbaycan.-2025.- 15 yanvar (¹ 8).- S.7.