Ermənistanın
Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil
"Ermənistan tərəfi
Minsk qrupunun buraxılması ilə bağlı fəaliyyətə
başlanılmasının nəzərdən keçirildiyini
bildirib. Lakin Ermənistanın Azərbaycanla
münasibətlərin normallaşdırılması
prosesi ilə bağlı ziddiyyətli addımları, regionumuzda
sülhə və təhlükəsizliyə təhdid
yaradan əməlləri
Minsk qrupu ilə bağlı sərgilədiyi mövqeyin
səmimiliyinə inamı
azaldır".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Zaur Şükürov deyib. Deputat bildirib ki, Azərbaycan davamlı sülhə nail olunması və etibarlı sülh sazişinin imzalanması üçün
Ermənistanın konstitusiyasında
yer almış ölkəmizə qarşı
ərazi iddialarının
aradan qaldırılmasını
tələb etməsinə
baxmayaraq, Ermənistan
rəhbərliyi hər
vəchlə bu tələbin yerinə yetirilməsindən boyun qaçırır. Bildiyimiz
kimi, bir neçə gün öncə Ermənistanın
keçmiş prezidenti
Levon Ter-Petrosyanın
1993-cü ildə keçirilmiş
və "Yerkrapa"
hərbi təşkilatının,
Müdafiə Nazirliyinin
təmsilçilərinin də
iştirak etdiyi toplantı zamanı etdiyi çıxışı
yayıldı. Levon Ter-Petrosyanın bu çıxışı Ermənistanın
faşist, irqçi, işğalçı siyasətini
bir daha təsdiq etdi. "İclasda Ter-Petrosyan Azərbaycana qarşı
6 əsrlik planları
barədə danışaraq,
hədəflərinə çatdıqlarını,
azərbaycanlılara qarşı
həyata keçirdikləri
soyqırımı, etnik
təmizləməni qürurla,
fəxarətlə ifadə
edir. Həmin dövrdə müdafiə
naziri olmuş Vazgen Sarkisyan iclasda iştirak edənlərə müraciət
edərək bildirir ki, prezidentin çıxışı məxfiləşməlidir,
bu çıxış
sadəcə iclasda iştirak edən dostları üçündür.
Belə ki, Levon Ter-Petrosyanın çıxışında digər
məsələlərlə yanaşı, Ağdamın
işğalı faktı
qeyd edilib və bu faktlar
ölkənin beynəlxalq
imicinə ciddi zərər vura bilər. Bu çıxışlar artıq
onu deməyə əsas verir ki, ermənilər öz cinayətkar əməllərini, terrorçu
və irqçi siyasətini hər vəchlə gizlədir, özlərinin uydurduqları
"yazıq və əzabkeş xalq" imicinin ifşa olunmasından çox ehtiyat edirdilər. Bu çıxış Ermənistanın bizə məlum olan yalanlarını
bir daha nümayiş etdirir",
- deyə o əlavə
edib.
Z.Şükürov xatırladıb
ki, Prezident İlham Əliyevin televiziya kanallarına müsahibəsində
bildirdiyi kimi, bizə qarşı 30 illik işğalçılıq
siyasəti sadəcə
olaraq Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi,
ksenofob dairələrin,
xarici ölkələrin
nümayəndələrinin birgə məhsuludur:
"Belə bir faşist dövlətlə
biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur.
Əsrlər boyu belə bir ideologiya
ilə bəslənmiş
erməni cəmiyyəti,
nəhayət, öz qonşuları ilə sülh şəraitində
yaşamaqda maraqlıdırsa,
bu faşist ideologiyasının kökünü
kəsməlidir. Əks
halda Azərbaycan dövləti bu ideologiyanı məhv edəcək".
Deputat vurğulayıb
ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində
Zəngəzur dəhlizi
məsələsinə də
toxunaraq bildirib ki, Ermənistan
qardaş Türkiyə
ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməməlidir:
"Azərbaycanın ayrılmaz
hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır
və bu əlaqə Ermənistanın
suverenliyini şübhə
altına qoymur. Sadəcə olaraq onlar 10 noyabr Bəyanatının müddəalarını
yerinə yetirməlidirlər.
Orada hər şey açıq-aydın
göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk və bu məsələnin
danışıqlar yolu
ilə həll olunmasını gözləyirik.
Biz nə qədər gözləməli
olacağıq və nə üçün gözləməliyik? Ermənistan
anlamalıdır ki, Cənubi Qafqazda Azərbaycan aparıcı
iqtisadiyyatı, hərbi
gücü olan qüdrətli dövlətdir.
Bugünkü dünyada
güc amili ön plandadır və Ermənistan bunu unutmamalıdır. Zəngəzur dəhlizi açılmalıdır və
açılacaq".
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2025.-
15 yanvar (№ 8).- S.8.