Paşinyanla
bağlı şok iddia: İstefaya hazırlaşır
Ermənistan növbədənkənar seçkilərə
gedə bilər
Ümumiyyətlə, indiki mərhələdə
Ermənistan iqtisadi, siyasi, geosiyasi və hərbi sferalarda çox çətin duruma düşüb. Hər sahədə yaranmış
problemlərin altında
əzilən ölkənin
baş naziri Nikol Paşinyan çıxış yolunu
Qərbə sığınmaqda
görür, onun verdiyi vədlərə güvənir.
Hər halda Paşinyan hakimiyyətinin
nümayiş etdirdiyi
xarici siyasətlə
konkret seçim etdiyi görünür, Rusiyanın xeyrinə olmayan bu istiqamətdə israrlı davranmağa çalışır. Elə bunun nəticəsidir ki, artıq Qərb Ermənistandan növbədənkənar parlament
seçkilərini ən
yaxın zamanda keçirməyi tələb
edir.
Bu günlərdə
Nikol Paşinyanın keçmiş silahdaşı,
deputat Ovik Ağazaryan yaxın aylarda baş nazirin istefaya gedəcəyini və ölkədə növbədənkənar
seçkilərin keçiriləcəyini
bildirib. O, hazırkı
xarici siyasi hadisələrin erkən seçkilərin hakimiyyətin
maraqlarına uyğun
şərait yaratdığını
düşünür: "Nikol Paşinyanın indi yenidən etimad mandatı almaq və planlarını
irəli sürmək
şansı daha çoxdur. Növbədənkənar
seçkilər keçirmək
üçün başqa
səbəblər də
var".
Ağazaryan keçən
ilin sonuna qədər baş nazir Nikol Paşinyanın
komandasında yer alıb və hakimiyyət dairələrində
baş verənlərdən
xəbərdar olub.
"Vətəndaş müqaviləsi"
partiyasının ən
yaşlı üzvlərindən
biri oan Ağazaryan Paşinyanın
mandatını təhvil
vermək tələbini
yerinə yetirməkdən
imtina etdiyi üçün komandadan xaric edilib. Növbədənkənar
seçkilərlə bağlı
proqnozlar fonunda Ağazaryan öz partiyasını yaradır
və hakimiyyəti öz əlinə almağa hazırlaşır.
Yerli medianın
verdiyi xəbərlərə
görə isə Nikol Paşinyan və "Vətəndaş
müqaviləsi" partiyası
növbədənkənar seçki
məsələsini ən
azından yaya qədər dayandırmağa
qərar verib. Belə ki, "4rd.am" nəşri
yazıb ki, Paşinyan növbədənkənar
seçkilərdə qələbəsini
tam təmin edə biləcək xüsusi müvafiq ciddi strukturlara və məmurlara malik olmadığını
anlamağa başlayıb.
Qeyd olunub ki, regional strukturlarda vəziyyət xüsusilə ağırdır,
əksəriyyəti hələ
tam formalaşmayıb,
ona görə də ən azı mövcud hakimiyyət orqanları regional fəaliyyətləri
gücləndirəcəklər. İstənilən halda hər bir nazirə
hər hansı bir vilayətin "şefliyi" tapşırılır
və ümumi koordinasiyanı müdafiə
naziri Suren Papikyan həyata keçirəcək.
Hazırda Paşinyan
müxtəlif qərbyönümlü
fiqurlarla qızğın
danışıqlar aparır,
baş nazirin birinci müavini postuna təyinatla bağlı müzakirələr
gedir.
Ümumiyyətlə, hazırkı şərtlərdə
Paşinyanı seçki
yolu ilə hakimiyyətdən uzaqlaşdırmaq
mümkün deyil. Çünki hakim qüvvə çox tez bir zamanda
seçkini saxtalaşdırmaq
üçün bütün
mexanizmləri mənimsəyib
və təkmilləşdirib. Növbədənkənar seçki
İrəvan Ağsaqqallar
Şurasına seçkidə
olduğu kimi, parlament müxalifətinin
dəyişməsinə, anti-Rusiya
qüvvələrinin təsirinin
artmasına səbəb
ola bilər.
Ermənistanda Rusiyanın
reytinqi Paşinyanın
reytinqindən də sürətlə aşağı
düşür. Bu, mübaliğə deyil, obyektiv reallıqdır. Xalqı isə siyasi proseslər deyil, məhz getdikcə daha da çökməkdə
olan ölkənin sosial-iqtisadi vəziyyəti
düşündürür. Dərin ruh düşkünlüyünə qərq olan əhali çıxış
yolunu mühacirətdə
görür.
Əhalinin sayı
yenə sürətlə
azalmaqda davam edir, xaricə köçənlərin sayı
günbəgün artır.
Əhalinin təbii artım səviyyəsinin
get-gedə aşağı
düşməsi isə
erməni sosioloqlarının
hakimiyyətə ünvanlanmış
xəbərdarlıqlarının çoxalmasına səbəb
olur. Real vəziyyət
Ermənistanın faktiki
olaraq demoqrafik böhran yaşadığını,
bu problemin həlli perspektivinin olmadığını göstərir.
Beləliklə, gedən
proseslər Ermənistanın
sürətlə məhvinə
doğru yaxınlaşdığını
bir daha təsdiqləyir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2025.-
15 yanvar (№ 8).- S.8.