Özbəkistan-AzərbaycanDostluq Cəmiyyəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında birgə əməkdaşlığa dair razılıq əldə olunub

 

Özbəkistan-AzərbaycanDostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinovla Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli arasında görüş keçirilib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan-Özbəkistan arasında mədəniyyət, elm təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsi, birgə əməkdaşlığa dair məsələlərdən söhbət açılıb. Həmçinin Azərbaycan dilinin ədəbiyyatının Özbəkistan universitetlərində geniş təbliği istiqamətində səylərin daha da artırılmasının vacibliyi, universitetlərimiz arasında əlaqələrin genişlədirilməsi ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Özbəkistan-AzərbaycanDostluq Cəmiyyəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında cari il üçün birgə əməkdaşlığa dair razılıq əldə olunub.

 

Azərbaycan.-2025.- 15 yanvar (№ 8).- S.9.