İstiqlal
Muzeyində sərgi -
Qarabağ Azərbaycandır
Yanvarın 14-də Azərbaycan
İstiqlal muzeyində
Veteran Tankçılar
İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı
sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
Dövlət Himni səsləndirilib, şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış
edən İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli sərginin əhəmiyyətindən
danışıb. Bildirilib
ki, bu cür
sərgilər Azərbaycanın
tarixi və mədəni irsini yaşatmaq, xalqımızın
gücünü və
birliyini bütün dünyaya nümayiş etdirmək üçün
vacib bir addımdır. Qeyd edilib ki, 44 günlük
Vətən müharibəsində
qazanılan Zəfər
həm də gələcək nəsillər
üçün bir örnəkdir. Bu, xalqımızın tarixində
yalnız Qələbə
deyil, milli birlik və həmrəyliyin ən yüksək təcəssümüdür.
“Azərbaycan Dağ
Yəhudiləri” Dini İcmasının sədri
Milix Yevdayev çıxışında Azərbaycan
xalqının tarix boyu əzmkarlığı,
milli iradəsi və vətən sevgisi ilə seçildiyini bildirib. O,
44 günlük Vətən
müharibəsinin bu xüsusiyyətlərin ən
bariz nümunəsi olduğunu və xalqımızın Prezident
İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək
birlik və həmrəyliyin əsl gücünü ortaya qoyduğunu diqqətə çatdırıb.
Tədbirdə Veteran
Tankçılar İctimai
Birliyinin sədri Hacı Əzimov, rəssam Mehriban Alışova və sərginin kuratoru Ülkər Əbülfət
çıxış edərək
müharibə zamanı
xalqımızın birliyinin
və Prezident İlham Əliyevin rəhbərliyi altında
əldə edilən böyük Zəfərin
Azərbaycan tarixində
əvəzsiz yer tutduğunu bildiriblər. Qeyd edilib ki,
bu şanlı Qələbədən sonra
Qarabağda tarixi abidələr bərpa edilib, mədəni irsimiz qorunub. Bu gün isə
həmin abidələrin
gözəlliyi rəsm
əsərlərində əks
olunub.
Natiqlər həmçinin,
şəhidlərimizin və
qazilərimizin göstərdiyi
fədakarlığı, onların
mübarizəsinin Azərbaycan
xalqının gələcək
nəsilləri üçün
bir örnək olduğunu qeyd ediblər. Onlar, həmçinin sərginin
mədəni irsimizi yaşatmaq və gənc nəsillərə
vətənpərvərlik ruhunu aşılamaq baxımından böyük
əhəmiyyət kəsb
etdiyini vurğulayıblar.
Tədbirdə rəsm
əsərləri nümayiş
olunan rəssamlara mədəni irsimizin qorunmasına, Qarabağın
bərpasına və
Azərbaycan xalqının
birliyinə verdikləri
dəstəyin qiymətləndirilməsi
məqsədilə çəkdikləri
əsərlərə görə
diplomlar təqdim edilib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgidə 14 rəssamın
əl işlərindən
ibarət rəsm əsərləri nümayiş
olunub. Bu əsərlər 44 günlük
Vətən müharibəsində
azad edilən Qarabağın təbiətini,
erməni vandalizmi nəticəsində dağıdılmış,
lakin ölkəmizin başçısının rəhbərliyi
ilə yenidən bərpa olunan tarixi-memarlıq abidələrini
əks etdirir.
Sərgi yanvarın 16-dək davam edəcək.
Azərbaycan.-2025.- 15 yanvar (№ 8).- S.9.