İqtisadi və ekoloji baxımdan faydalı olan bu sahəyə ölkəmizdə maraq çoxdur
Müasir dünyada
iqtisadi inkişafın
fonunda ətraf mühitin qorunması getdikcə daha çox əhəmiyyət
kəsb edir. Bu baxımdan "yaşıl sənaye"
həmin iki anlayışı birləşdirərək
həm iqtisadi artımı, həm də ekologiyanın mühafizəsini gündəmə
gətirir.
Bəri başdan
bildirək ki, "yaşıl sənaye"
istehsal proseslərində
ətraf mühitə
təsirləri minimuma
endirən və davamlı inkişafı dəstəkləyən sənaye
növüdür. Bura
enerji səmərəliliyinin
artırılması, tullantıların
azaldılması və
təkrar emal kimi ekoloji cəhətdən
təmiz proseslər daxildir. Bərpaolunan enerji mənbələrindən
istifadə etməklə
xarakterizə olunan
"yaşıl sənaye"nin
dəstəklənməsi və
inkişafı Azərbaycanın
da gələcəyi üçün böyük
imkanlar yaradır. Məlumdur ki, Azərbaycan təbii ehtiyatları ilə zəngindir və bu, "yaşıl sənaye" üçün
böyük potensialdır.
Ona görə də ətraf mühitə uyğun istehsal üsullarından istifadə etməklə ölkəmizdə "yaşıl
sənaye"nin inkişafında
irəliləyişə nail
olmaq mümkündür.
Bu zaman ətraf mühitə təsirləri minimuma endirən texnikadan istifadəyə üstünlük
verilir. Proses zamanı sudan səmərəli istifadə
və tullantıların
təkrar emalı diqqətdə saxlanılır.
Qeyd edək ki, tullantıların təkrar emalı və suyun mühafizəsi
"yaşıl sənaye"nin
əsas tərkib hissələrindən biridir.
Azərbaycanda tullantıların
idarə olunması və
təkrar emalı layihələri dəstəkləndiyi
üçün "yaşıl
sənaye"nin yolunda
əngəllər minimuma
endirilib. Bu istiqamətdə görülən
işlərə İqtisadiyyat
Nazirliyinin Sahibkarlığın
İnkişafı Fondunun
(SİF) dəstək verməsi
təqdirəlayiqdir. Sahibkarlar
"yaşıl layihə"lərini
həyata keçirmək
üçün SİF-in
güzəştli kreditlərindən
yararlanırlar. Məlumat
üçün bildirək
ki, məhsul istehsalında və texnologiyaların inkişafında
istixana qazı emissiyalarını azaltmağı
hədəfləyən və
ya təmiz enerjidən istifadəni dəstəkləyən biznes
təşəbbüsləri "yaşıl layihələr"
hesab olunurlar. Belə layihələrə
enerji effektivliyi, bərpaolunan enerji, nəqliyyat və davamlı mobillik, davamlı kənd təsərrüfatı və
dairəvi iqtisadiyyat üzrə təşəbbüslər
daxildir ki, nəticədə "yaşıl
sənaye"nin yolunda
yaşıl işıq
yanır.
"Yaşıl sənaye"nin
inkişafını daha
da sürətləndirmək
üçün ötən
ilin sonunda
SİF-in təşəbbüsü
ilə sənaye, o cümlədən kənd
təsərrüfatı məhsullarının
emalı sahələrində
fəaliyyət göstərən,
eləcə də
"yaşıl layihələr"
həyata keçirən
sahibkarlara güzəştli
kreditlərin verilməsinin
stimullaşdırılması məqsədilə müvəkkil
kredit təşkilatlarının
nümayəndələri arasında
"Sənaye və yaşıl layihələrə
dəstək" müsabiqəsi
keçirilmişdir. Müsabiqədə
yalnız fondla əməkdaşlıq edən
və 2024-cü il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının
(banklar, bank olmayan kredit təşkilatları, kredit
ittifaqları) kredit mütəxəssisləri iştirak
etmişlər. İlk
"Sənaye və yaşıl layihələrə
dəstək" müsabiqəsi
keçən ilin avqustunda keçirilib. Dekabrda keçirilən ikinci müsabiqə də daxil omaqla
müvafiq istiqamət
üzrə SİF tərəfindən
311 layihəyə ümumilikdə
67 milyon manata yaxın güzəştli
kredit ayrılmışdır.
Bu layihələrdən
175-i ikinci yarımil üzrə keçirilən
müsabiqə çərçivəsində
maliyyələşdirilib və
həmin layihələr
ümumilikdə 40 milyon
manata yaxın güzəştli kreditlə
təmin edilmişdir.
Müsabiqə komissiyasının
qərarına əsasən,
sənaye, o cümlədən
kənd təsərrüfatı
məhsullarının emalı
sahələrində fəaliyyət
göstərən, eləcə
də "yaşıl
layihələr" üzrə
kredit ayrılan layihələrin icra ediləcəyi regionlar, mikro, kiçik və ya orta
sahibkarlıq subyektlərinə
məxsus olması, kredit ayrılmış sahibkarlıq subyektinin kateqoriyası (qadın və gənc sahibkarlar) və kredit məbləği əsas götürülməklə
1-ci yerə "Yelo
Bank" ASC-nin nümayəndəsi
Nahid Əhmədov,
2-ci yerə "Aqrarkredit"
QSC-nin nümayəndəsi
Rahib Səfərov,
3-cü yerə "Expressbank"
ASC-nin nümayəndəsi
Emil Həmidov layiq görülmüşlər.
Göründüyü kimi, "yaşıl sənaye"nin dəstəklənməsi
onun tərəqqisinə
yol açır və Azərbaycanın gələcəyi üçün
böyük imkanlar yaradır. Çünki
"yaşıl sənaye"
qeyd etdiyimiz kimi, həm iqtisadi, həm də ekoloji cəhətdən faydalıdır.
"Yaşıl sənaye"
həm də məşğulluğu artırır
və yeni iş imkanları yaratmaqla yerli iqtisadiyyatı stimullaşdırır. Bura "yaşıl enerji" və ekoloji cəhətdən təmiz
texnologiyalara qoyulan investisiyaların uzunmüddətli
perspektivdə xərclərə
qənaət etdiyini də əlavə etsək, mənzərə
aydın olur.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2025.-
15 yanvar (№ 8).- S.10.