Orta
dəhliz ortaq maraqlar marşrutudur
Azərbaycan bu marşrutun da fəaliyyətində əsas halqadır
Dünyada baş
verən siyasi qarşıdurmaların əhatə
etdiyi sahələrdən
biri də qlobal ticarət marşrutlarıdır. Həmin
marşrutlara nəzarət
etmək uğrunda Qərb-Şərq bloku arasında gedən mübarizə səngimək
bilmir. Bu da səbəbsiz deyil.
Mütəxəssislərin hesablamalarına görə,
qlobal ticarətin 80 faizindən çoxu okean və dənizlər
üzərindən həyata
keçirilir. Bu marşrutlara dünyanın
ən böyük hərbi donanması olan ABŞ nəzarət edir. Onun əsas
rəqibləri Çin
və Rusiya isə bununla barışmaq istəmirlər.
Belə olan halda həmin ölkələr okean və dənizlər üzərindən yeni ticarət yolu açmaq barədə razılığa gəliblər.
Bu yol Sakit
və Şimal Buzlu okeanlarından keçməklə Avropa,
Asiya və Afrikaya qədər uzanır.
Amma məsələ
bundadır ki, ABŞ bu marşruta da nəzarət etmək istəyir. Seçilmiş Amerika Prezidenti D.Trampın Qrenlandiyanı ələ keçirmək istəməsi
həm də bununla bağlıdır. Üstəlik, Norveçlə
Finlandiyanın tələm-tələsik
NATO-ya qəbul edilməsinin arxasında da bu amil,
daha doğrusu, sözügedən marşruta
hərbi nəzarəti
həyata keçirmək
hədəfi dayanır.
Lakin burada ABŞ-nin Rusiya və
Çinlə rəqabətdə
uduzduğu bir sahə var - Rusiya və Çinin buzqıran gəmiləri var və onlar ticarət
gəmiləri üçün
yol açmaq qabiliyyətinə malikdirlər.
ABŞ-nin isə belə bir imkanı
yoxdur. Mütəxəssislərin
dediklərinə görə,
Amerika rəqiblərindən
bu sahədə 20 il geri qalır.
Ancaq bir iş var ki,
iqlim dəyişikliyi
ilə bağlı Şimal Buzlu okeanında buzlar əriyir və ola bilsin bir
müddətdən sonra
buzqıran gəmilərə
ehtiyac qalmasın.
İndi məlum
olub ki, dünyanın ən zəngin karbohidrogen ehtiyatları şimalda buzların altındadır.
Eyni zamanda bu ərazi dünya
iqtisadiyyatının inkişafında
önəmli rol oynaya bilən digər elementlərlə
də zəngindir. Necə deyərlər, Şimal Buzlu okeanının suları yaxın gələcəkdə
hər mənada "istiləşəcək". Çünki
ərazidə yeni rəqabət meydanının
yaranacağı qaçılmazdır.
Üstəlik, ABŞ-nin
seçilmiş Prezidenti
D.Trampın Panama kanalı və Meksika körfəzi barədə dediklərində
də əsas məqsədin dünya ticarət marşrutlarına
nəzarəti ələ
keçirmək olduğu
görünür.
Məlumdur ki, Orta dəhliz dünya ticarəti üçün önəmli,
həm də ənənəvi qlobal marşrutlarla müqayisədə
yenidir. O üzdən bu dəhlizin üzərində yerləşən
Azərbaycan istər-istəməz
dünya güclərinin
rəqabət meydanına
çevrilib. Zəngəzur
dəhlizinin açılmaması,
Ermənistanın müxtəlif
bəhanələrlə sülh
müqaviləsini imzalamaqdan
yayınması da bununla bağlıdır. N.Paşinyan tərəfindən
irəli sürülən
"sülh kəsişməsi"
onun beyninin məhsulu deyil, Orta dəhlizin açılmasını istəməyən
İran və Hindistan
tərəfindən ona
diktə edilib.
Hindistanın məqsədi
özünün qonşusu
və ən böyük ticarət rəqibi olan Çinin "Bir kəmər, bir yol" layihəsnin əsas halqası olan Orta dəhlizin
fəaliyyətinə mane
olmaqdır. İranın
da bu məsələdə
həm iqtisadi, həm də siyasi marağı var. Belə ki, cənub qonşumuz Orta dəhlizin yüklərinin
"Araz" dəhlizi
üzərindən daşınmasına
çalışır. Bu,
İrana iki mühüm imkan yaradır. Birincisi, qlobal ticarət marşrutuna nəzarət
etməklə iqtisadi dividendlər qazanmaq, ikincisi, türk dünyasının iqtisadi
və siyasi əlaqələrinə imkan
daxilində mane olmaq. Bu səbəbdən
hər vasitə ilə Zəngəzur dəhlizinin açılmasına
mane olmağa çalışır. Ancaq
Azərbaycan dövləti
bu işdə qərarlıdır. Prezident
İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində
bir daha qəti şəkildə bildirdi ki, bu
dəhliz açılacaq.
Orta dəhlizin
fəaliyyətinin genişlənməsinə
dünyanın iki böyük dövləti
olan Çin və Rusiya maraq göstərir. Onlar bu marşrutun
daha səmərəli
fəaliyyəti üçün
dəstək verirlər.
Azərbaycan dövləti
də bu işdə lazımi tədbirlər görür.
Prezident İlham Əliyev Orta Asiyadakı türk dövlətləri ilə
bu sahədə əməkdaşlığın genişlənməsinə xüsusi
önəm verir. Burada iki əsas
hədəfimiz var, birincisi, bu qlobal
layihədə önəmli
rol oynayıb iqtisadi maraqlarımızı
təmin etmək, digər tərəfdən
türk dünyasının
iqtisadi və siyasi birliyini daha da qüdrətləndirmək.
Prezident İlham
Əliyevin indiyədək
apardığı siyasət
öz müsbət nəticələrini verir.
Bu işə türk dövlətləri
ilə yanaşı, Tacikistan və Əfqanıstan da qoşulub. Qardaş Pakistan da hər
zaman olduğu kimi, Azərbaycana dəstək verir. Göründüyü kimi,
ölkəmizin başladığı
bu mühüm siyasi və iqtisadi layihəni dəstəkləyənlər ona
qarşı çıxanlardan
heç də zəif deyillər.
Azərbaycan Orta
dəhlizlə yüklərin
daşınmasının səmərəliliyini
artırmaq üçün
həm texniki imkanları genişləndirir,
həm də yüklərin mənzil başına tez çatdırılması üçün
gömrük prosedurlarını
sadələşdirir. Görülən
təsirli tədbirlər
nəticəsində ölkəmiz
üzərindən yüklərin
daşınmasının çəkisinin
ildən-ilə artdığının
şahidi oluruq. Məsələn, 2023-cü illə
müqayisədə ötən
il ölkəmiz üzərindən daşınan
tranzit yüklərin həcmi 5,7 faiz artaraq 7,3 milyon tona çatıb. Keçən il təkcə əsas tranzit istiqaməti olan "Şərq-Qərb"
marşrutu ilə 3,2 milyon tondan artıq
yük daşınıb.
Məlum olduğu
kimi, Orta dəhlizlə ən çox Çinin yükləri daşınır.
Keçən il bu ölkənin Orta dəhlizlə daşınan yüklərinin
çəkisi 2023-cü illə
müqayisədə 25 dəfədən
çox artaraq 27 min konteyneri keçib. Cari ildə bu cür
yükdaşımaların infra-struktur imkanlarının genişləndirilməsi sayəsində
hər il ən azı 1000 blok-qatarın bizim ərazimizdən keçməsinə
imkan yaranacaq.
Noyabrın 24-də Bakı-Sian
ilk ixrac blok-qatarı ilə 40 futluq 62 konteyner həcmində 1664 ton koks yükü multimodal olaraq Qazaxıstan üzərindən
Çinin ən böyük quru limanlarından biri olan Siana göndərilib.
Nəticə etibarilə
yerli sahibkarlara yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb. Bu, Azərbaycan və Çin arasında iqtisadi və nəqliyyat sektorunda əlaqələrin yeni mərhələyə qədəm
qoyması ilə yanaşı, Azərbaycanın
beynəlxalq yükdaşımalar
sahəsindəki strateji
rolunu daha da möhkəmləndirdiyini
nümayiş etdirir. Belə ki, Orta
dəhliz nəqliyyat marşrutu ilə Çindən Azərbaycana
tranzit və idxal yüklərinin göndərilməsi, eyni
zamanda Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması
bu dəhlizin səmərəliliyini daha
da artırıb. Orta dəhlizin inkişafı həm Şərq-Qərb, həm
də Qərb-Şərq
istiqamətində yükdaşımaların
artırılmasını şərtləndirir.
Yükdaşımada əldə edilmiş müsbət göstəricilər
Azərbaycan Dəmir Yolu (ADY) ilə Çinin dəmir yolu təşkilatları arasında müntəzəm
görüş və
müzakirələrin nəticəsidir.
Xatırladaq ki, hələ ötən ilin mayında ADY rəhbərliyi "Çin
Dəmir Yolları"
dövlət korporasiya
şirkətinin rəhbər
heyəti ilə görüşmüşdür. Müzakirələrin mövzusu
iki ölkə arasında dəmir yolu üzrə əməkdaşlığa dair
ortaq maraq dairəsində olan aktual məsələlər,
o cümlədən Orta
dəhlizin inkişafı,
yük ötürücülük
gücü illik 5 milyon tona çatdırılmış
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol
xətti ilə yükdaşımaların bərpasının
əhəmiyyəti və
digər məsələlər
olmuşdur. ADY-nin Qərb-Şərq istiqamətində
Türkiyə və Azərbaycandan Çinə
qayıdan yük axınının formalaşdırılmasına
kömək etməyə
hazır olduğu bildirilmişdir. Bu və digər müzakirələrin məntiqi
nəticəsi kimi ötən ilin iyununda Orta dəhliz
və modernləşdirilmiş
BTQ dəmiryol xəttinin
genişləndirilmiş imkanları
sayəsində 2024-cü ilin
iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki
ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin
test rejimində göndərilməsinə başlanılmışdır.
2024-cü ilin sentyabr
ayında isə Çin tərəfinin də iştirakı ilə Bakıda "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq
Assosiasiyasının təsis
edilməsinə təşəbbüs
göstərilmişdir. Məlumat
üçün bildirək
ki, Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan,
Tacikistan, Özbəkistan,
Türkmənistan, Xəzər
dənizi, Azərbaycan,
Gürcüstan və
Türkiyə ərazilərindən
keçərək dəmir
yolu, avtomobil və dəniz yollarını, yol infrastrukturu komponentlərini
əhatə etməklə
Xəzərin şərq
tərəfində Orta
dəhlizin daha bir qolunu formalaşdırır.
Assosiasiya isə Orta dəhlizin yükdaşımaların şaxələndirilməsinin
səmərəli təşkili
məqsədi ilə kollegial orqan qismində çıxış
edəcək.
Azərbaycanın üzərindən
keçən ikinci önəmli "Şimal-Cənub"
nəqliyyat marşrutu
ilə yüklərin
daşınmasında da
artım dinamikası yüksəkdir. Keçən
il bu dəhlizlə
daşınan yüklərin
həcmi 2023-cü illə
müqayisədə 28 faiz
artaraq 814 min ton təşkil etmişdir. Buna baxmayaraq, Azərbaycan partnyorları ilə yükdaşımaların potensialını
yüksəltmək üçün
zəruri tədbirlər
görməkdə davam
edir.
Rüstəm KAMAL,
Azərbaycan.-2025.-
15 yanvar (№ 8).- S.10.