“Sevgi odası:
Əli və Nino balı” - Şərq və Qərbin əbədi tarixinə qərq olma
“Bu, dünya şöhrətli “Əli
və Nino” əsərinin XIX əsrin
sonlarına aid tarixi binada – öz dövrünün simvolu –de Bur
Sarayında öz yerini tapdığı unikal bir layihədir”.
AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə
Azərbaycan Milli İncəsənət Muzeyinin
direktoru Şirin Məlikova Azərbaycan Milli İncəsənət
Muzeyində keçirilən
“Sevgi odası: Əli və Nino balı” adlı unikal immersiv tamaşa çərçivəsində jurnalistlərə məlumat
verib.
O, tədbirin ilk
dəfə bu formatda keçirildiyini də vurğulayıb: “Tamaşanın immersiv formatı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
üçün ilk təcrübə oldu. Mən onun direktoru
Ədalət Hacıyevə,
quruluşçu rejissor
İlqar Safata, həmçinin aktyorlara səmimi təşəkkürümü
bildirirmək istəyirəm.
Bu, bizim ilk layihəmizdir və ümid edirik ki, fəaliyyətimizi
oxşar formatda davam etdirəcəyik”, - deyə Ş.Məlikova bildirib.
Rejissor İlqar
Safat çıxışında
əsas vurğunun baş qəhrəmanların
sevgi hekayəsinə verildiyini, onu dramatik tarixi fonla tamamladığını
qeyd edib. O, həmçinin Ş.Məlikovaya
və Mədəniyyət
Nazirliyinə minnətdarlığını
bildirib.
Rus Dram Teatrının aktyorları
səhnədə çıxış
edərək tamaşaçıları
Şərqlə Qərbin,
ənənələrin və
müasirliyin toqquşduğu
XX əsrin əvvəllərindəki
dövrə qərq ediblər. Hər bir qonaq özünü
bir məşhur romanın qəhrəmanı
kimi hiss edərək, bu hekayənin bir hissəsi olmaq imkanı əldə etdi.
Gözlənildiyi kimi, keçmiş dövrlərin ənənələrindən ilhamlanan rəqslər, Əli və Ninonun böyük sevgisinin sirləri xüsusi diqqət çəkib.
Azərbaycan.-2025.- 15 yanvar (№ 8).- S.11.