Azərbaycanın çoxşaxəli diplomatiyada
zəngin təcrübəsi
var
Prezident İlham
Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə
Müşavirənin Baş
katibini qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yanvarın 15-də
Asiyada Qarşılıqlı
Fəaliyyət və
Etimad Tədbirləri
üzrə Müşavirənin
Baş katibi Kayrat Sarıbayı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Kayrat
Sarıbay ölkəmizə
Azərbaycanın Asiyada
Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə
Müşavirəyə sədrliyi
dövründə gəlməsindən
məmnunluğunu bildirdi.
Ölkəmizin sədrlik
prosesinin uğurla davam etdirildiyini deyən qonaq bütövlükdə Azərbaycanın
çoxtərəfli diplomatiyada
zəngin təcrübəsinin
olduğunu qeyd etdi. Kayrat Sarıbay
bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik
Şurası, Qoşulmama
Hərəkatı, BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyası və digər beynəlxalq təşkilatlarda uğurlu
sədrliyini vurğuladı,
Asiyada Qarşılıqlı
Fəaliyyət və
Etimad Tədbirləri
üzrə Müşavirəyə
sədrliyin də bu müstəvidə aparıldığını dedi.
O, Azərbaycan tərəfindən
konseptual sənədin
təqdim olunduğu və bu sənəddə
təşkilatın gələcək
inkişafı ilə
bağlı, həmçinin
ölkələr arasında
əməkdaşlığın və etimadın gücləndirilməsi üçün
geniş sahəni əhatə edən təkliflərin əksini
tapdığını bildirdi.
Prezident İlham
Əliyev də öz növbəsində
ölkəmizin təşkilata
sədrliyinin uğurla
davam etdirildiyini deyərək, üzv dövlətlər arasında
əməkdaşlığın daha da möhkəmləndirilməsi,
təşkilatın institusional
inkişafı və təşkilat çərçivəsində
müxtəlif sahələr
üzrə əməkdaşlığın
genişləndirilməsi istiqamətində
səylərin bundan sonra da göstəriləcəyini
qeyd etdi. Bu xüsusda gənclər, media, nəqliyyat bağlantıları
sahələrində və
qarşılıqlı maraq
doğuran digər sahələrdə əməkdaşlığın
inkişafının önəmi
vurğulandı. Dövlətimizin
başçısı Azərbaycan
tərəfinin bu təşkilata sədrliyə
çox məsuliyyətlə
yanaşdığını bildirərək, ölkəmizin
öz növbəsində
bu formatın daha da möhkəmlənməsi
işinə töhfəsini
verəcəyinə əmin
olduğunu dedi. Prezident İlham Əliyev ölkəmizin sədrliyi dövründə
nəzərdə tutulan
işlərin həyata
keçirilməsində Azərbaycanla
təşkilat arasında
fəal birgə əməkdaşlığın aparılmasının zəruriliyini
bildirdi. Dövlətimizin
başçısı bu
təşkilatın Asiya
regionunda etimadın gücləndirilməsi və
ölkələrarası əməkdaşlığın
inkişafı baxımından
əhəmiyyətli təsisat
olduğunu bir daha diqqətə çatdırdı.
Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə
COP29-un yüksək səviyyədə
keçirildiyini, bu tədbirə hazırlıqla
bağlı qısa müddət ərzində
Azərbaycan tərəfindən
böyük işlərin
görüldüyünü və COP29 nəticəsində
qlobal iqlim gündəliyi ilə əlaqədar çox vacib qərarların qəbul edildiyini vurğulayaraq bu münasibətlə təbriklərini
çatdırdı.
Dövlətimizin başçısı da öz növbəsində COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq, lazımi tədbirlərin görüldüyünü dedi, həmçinin tədbirdə qlobal iqlim gündəliyi ilə bağlı çox əhəmiyyətli qərarların qəbul edildiyini vurğuladı, bu xüsusda yeni maliyyə hədəfi, karbon bazarı və digər məsələlər üzrə önəmli qərarların qəbuluna toxundu.
Azərbaycan.-2025.- 16 yanvar (№ 9).- S.1.