"Bələdiyyələrin
maliyyəsinin əsasları
haqqında", "Büdcə
sistemi haqqında"
və "Nağdsız
hesablaşmalar haqqında"
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
7-ci və 15-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Bələdiyyələrin
maliyyəsinin əsasları
haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, № 12, maddə 690 (Cild
I) 11-ci maddəsinə aşağıdakı
məzmunda 4-cü hissə
əlavə edilsin:
"4. Bələdiyyə büdcəsinin gəlirləri
və xərcləri bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarəti
həyata keçirən
orqanın informasiya sistemində əks olunur. Bələdiyyə büdcəsinin xərcləri
həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş
xidməti təchizatçıları
vasitəsilə təmin
edilir.".
Maddə 2. "Büdcə
sistemi haqqında"
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, № 10, maddə
584 (Cild I) aşağıdakı
məzmunda 37.8-ci maddə
əlavə edilsin:
"37.8. Bələdiyyə büdcəsinin gəlirləri
və xərcləri bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarəti
həyata keçirən
orqanın informasiya sistemində əks olunur. Bələdiyyə büdcəsinin xərcləri
həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş
xidməti təchizatçıları
vasitəsilə təmin
edilir.".
Maddə 3. "Nağdsız
hesablaşmalar haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016,
№ 12, maddə 2053 (Cild
I) 3.4.3-cü maddəsinə ikinci halda "şəxslərə" sözündən
sonra ", habelə
bələdiyyələrə" sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 dekabr 2024-cü il
Azərbaycan.-2025.-
16 yanvar (№ 9).- S.2.