"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanununun tətbiqi bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında"   "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 4-cü hissəsinin birinci ikinci cümlələrində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə " informasiya sistemi nəzərdə tutulur;

1.2. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinin birinci ikinci cümlələrində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə " informasiya sistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin   1999-cu il 24 dekabr tarixli 233 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 713 (Cild I) 2-ci hissəsinin ikinci abzası 2.1-ci bənd hesab olunsun aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin:

"2.2. həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinin birinci ikinci cümlələrində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə " informasiya sistemi nəzərdə tutulur.".

4. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 257 nömrəli Fərmanı) 2.19-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun aşağıdakı məzmunda 2.20-ci bənd əlavə edilsin:

"2.20. həmin Qanunun 37.8-ci maddəsinin birinci ikinci cümlələrində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə " informasiya sistemi nəzərdə tutulur.".

 

İlham ƏLİYEV,    

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar 2025-ci il

Azərbaycan.-2025.- 11 yanvar (№ 5).- S.2.