Azərbaycan
Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
ilə Braziliya Federativ Respublikasının
Kənd Təsərrüfatı
və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı
sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
"Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
ilə Braziliya Federativ Respublikasının
Kənd Təsərrüfatı
və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı
sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il sentyabrın
13-də Kuyaba şəhərində
imzalanmış "Azərbaycan
Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
ilə Braziliya Federativ Respublikasının
Kənd Təsərrüfatı
və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı
sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Anlaşma Memorandumu qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 yanvar 2025-ci il
Azərbaycan.-2025.- 11 yanvar
(№ 5).- S.2.