"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi
(AZCON)" publik hüquqi
şəxsin Nizamnaməsinin
təsdiqi və bununla əlaqədar bəzi məsələlərin
tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Nəqliyyat
və Kommunikasiya Holdinqinin yaradılması
və bununla əlaqədar bəzi məsələlərin həll
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
7 noyabr tarixli 226 nömrəli Fərmanının
icrası ilə əlaqədar qərara alıram:
1. "Azərbaycan Nəqliyyat
və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsi" təsdiq
edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
7 noyabr tarixli 226 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Nəqliyyat və Kommunikasiya Holdinqi
(AZCON)" publik hüquqi
şəxsin idarəetməsinə
veriləcək dövlət
müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin
və publik hüquqi şəxslərin
siyahısı"nda nəzərdə
tutulan dövlət müəssisələri Azərbaycan
Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) strukturuna daxil edilsin.
3. "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, № 6, maddə
599 (Cild I) aşağıdakı
məzmunda 8-2-ci hissə
əlavə edilsin:
"8-2. Bu Fərmanın
müddəaları Azərbaycan
Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) öz əmlakına
və onun idarəetməsinə verilmiş
dövlət müəssisələrinə,
habelə dövlət
payı olan təsərrüfat cəmiyyətlərinə
və publik hüquqi şəxslərə
münasibətdə Azərbaycan
Nəqliyyat və Kommunikasiya Holdinqinə
(AZCON-a) tətbiq edilmir.".
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti və Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll
etsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 yanvar 2025-ci il
Azərbaycan.-2025.- 11 yanvar
(№ 5).- S.2.