"Fövqəladə
vəziyyət və sosial xarakterli fövqəladə mühit
haqqında" və
"Azərbaycan Respublikasında
səfərbərlik hazırlığı
və səfərbərlik
haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 13 dekabr tarixli
92-VIIQD nömrəli Qanununun
tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Fövqəladə
vəziyyət və sosial xarakterli fövqəladə mühit
haqqında" və
"Azərbaycan Respublikasında
səfərbərlik hazırlığı
və səfərbərlik
haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 13 dekabr tarixli
92-VIIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 10
avqust tarixli 383 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, № 8 (III kitab), maddə
606 (Cild I); 2024, № 4, maddə
393, № 5 (I kitab), maddə
529) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında dövlət
əmlakının özəlləşdirilməsinin
II Dövlət Proqramı"nın
2.2.12-ci yarımbəndinə "yerləşdirilməsini" sözündən
sonra "və saxlanılmasını" sözləri
əlavə edilsin və həmin yarımbənddən "və
səfərbərlik ehtiyatlarını
saxlayan" sözləri
çıxarılsın.
2. "Azərbaycan Respublikasında
səfərbərlik hazırlığı
və səfərbərlik
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, № 8, maddə
707 (Cild I) 2.2-ci bəndində
"5.2.18-5.2.20-ci" sözləri
"5.2.19-cu və 5.2.20-ci" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 16
iyul tarixli 204 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, № 7 (I kitab), maddə
1490 (Cild I); 2024, № 5 (I kitab),
maddə 515)
ilə təsdiq
edilmiş "Elektrik
və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin
həyata keçirilməsi
Qaydası"nın 1.6-cı bəndi ləğv edilsin.
4. "Fövqəladə vəziyyət haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli
Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin
"Fövqəladə vəziyyət
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" 2004-cü il
19 iyul tarixli 90 nömrəli, "Fövqəladə
vəziyyət haqqında"
Azərbaycan Respublikası
Qanununun icrasının
təmin edilməsi barədə" 2005-ci il
19 yanvar tarixli 175 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 11 aprel tarixli 2096 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2023,
№ 4, maddə 481 (Cild
I) 2.1.3-cü yarımbəndindən "və dövlət ehtiyatlarının yaradılması,
istifadə edilməsi
və bərpası qaydasını" sözləri
çıxarılsın.
5. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Fövqəladə vəziyyət
və sosial xarakterli fövqəladə
mühit haqqında"
və "Azərbaycan
Respublikasında səfərbərlik
hazırlığı və
səfərbərlik haqqında"
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 yanvar 2025-ci il
Azərbaycan.-2025.- 11 yanvar
(№ 5).- S.2.