Azərbaycanda
dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, ölkədə mövcud
dini konfessiyaların fəaliyyətini dəstəkləmək,
habelə dinlərarası
həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin
müasir tələblərə
uyğun şəkildə
qurulması və mütərəqqi mənəvi-əxlaqi
dəyərlərin təbliği
sahəsində fəaliyyətin
gücləndirilməsi məqsədilə
qərara alıram:
1. Azərbaycanda dini
qurumlara maliyyə yardımı göstərmək
üçün Azərbaycan
Respublikasının 2025-ci il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə
3,0 (üç) milyon
manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç
yüz əlli) min manat, Avropa
yəhudilərinin Bakı
dini icmasına 350,0 (üç yüz əlli) min manat, Sefarad yəhudilərinin Bakı
dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və
Azərbaycan Respublikasının
Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində
Mənəvi Dəyərlərin
Təbliği Fonduna
350,0 (üç yüz
əlli) min manat ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 yanvar 2025-ci il
Azərbaycan.-2025.- 16 yanvar
(№9).- S.2.