“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılmasılayihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib

 

AzerGold” QSC-nin təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılmasılayihəsinə cəlb edilmiş jurnalistlərlə görüş keçirilib.

AzerGold” QSC-nin baş ofisində keçirilən görüşdə Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov onlayn media subyektlərini təmsil edən jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən Zakir İbrahimov dövlət tərəfindən milli mətbuatın inkişafına böyük diqqət göstərildiyini, media sahəsində müasir tələblərə uyğun mütəxəssislərin hazırlanması, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən səmərəli işlər nəticəsində mediamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Fəaliyyətini yerli qanunvericilik mütərəqqi beynəlxalq təcrübə, şəffaflıq, hesabatlılıq, informasiya açıqlığı prinsipləri əsasında təşkil edənAzerGold” QSC-nin mətbuatla əlaqələrin inkişafına önəm verdiyini qeyd edən Zakir İbrahimov Səhmdar Cəmiyyətinin 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyasının hazırlanıb təsdiq edildiyini, sənədin əsas SMART məqsədlərindən birinin yerli media ilə əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin dağ-mədən sahəsində məlumatlılığının artırılması olduğunu bildirib.

Layihə çərçivəsində təlim mediaturda iştirak etmiş jurnalistlərlə görüşün Milli Mətbuatımızın yaradılmasının 150-ci ildönümünün qeyd olunduğu dövrə təsadüf etdiyi xüsusi olaraq vurğulanıb.

MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov isəAzerGold” QSC-nin jurnalistlərin dağ-mədən sahəsində məlumatlılığının artırılması istiqamətində təşəbbüsünü yüksək qiymətləndirdiyini, bu cür layihələrin 150 yaşlı Azərbaycan jurnalistikasının davamlı tərəqqisi, sahəvi jurnalistikanın inkişafına xidmət etdiyini, nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.

İcraçı direktor layihə çərçivəsində Gəncə Daşkəsəndə təşkil edilən təlim mediaturun dağ-mədən sahəsində media nümayəndələrinin məlumatlılığının artırılması istiqamətində kifayət qədər müsbət nəticələrlə yadda qaldığını, jurnalistlərin sahə üzrə ixtisaslaşması istiqamətində mühüm addımlardan biri olduğunu bildirib.

Daha sonra təlim mediaturla bağlı təəssüratlarını bölüşən media nümayəndələri layihəni yüksək qiymətləndirib, sahəvi jurnalistikanın inkişafı istiqamətində mühüm təşəbbüslərdən biri kimi xarakterizə ediblər.

Çıxışlardan sonra təlim mediaturda uğurla iştirak etmiş jurnalistlərə sertifikat xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılmasılayihəsi çərçivəsində 19-20 dekabr 2024-cü il tarixlərində onlayn mediada çalışan bir qrup jurnalistin Gəncə şəhəri Daşkəsən rayonuna ikigünlük səfəri təşkil edilib.

Səfər çərçivəsində jurnalistlər metal filizi sahələrində həyata keçirilən geoloji kəşfiyyat, hasilat, emal, qiymətli metalın satışının təşkili, eləcə ətraf mühitin mühafizəsi, hasilat bölgələrində həyata keçirilən korporativ sosial məsuliyyət fəaliyyəti ilə bağlı həm yeni məlumatlara yiyələnib, həm səfər etdikləri Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi, eləcə sosial sahədə görülən işlərlə əyani tanış olublar.

Həmçinin layihə çərçivəsində jurnalistlərin dağ-mədən sahəsinə dair məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədi ilə təlimdən öncə sonra test tapşırıqları icra edilib.

 

Azərbaycan.-2025.- 16 yanvar (¹ 9).- S.5.