Asiya
İnfrastruktur İnvestisiya
Bankı ilə əməkdaşlıq müzakirə
edilib
İqtisadiyyat naziri
Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının
baş investisiya direktoru Konstantin Limitovksi ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin
Asiya İnfrastruktur İnvestisiya Bankı ilə fəal əməkdaşlıq etdiyi
vurğulanıb.
Bankın regionda
enerji təhlükəsizliyinin
gücləndirilməsinə dəstək olduğu və Azərbaycanda yaşıl enerjinin inkişafına töhfə
verdiyi qeyd olunub. Bankın üzv ölkələrlə
investisiya proqramlarının
hazırlanmasında geniş
təcrübəyə malik
olduğu və əsasən infrastruktur, o
cümlədən energetika,
nəqliyyat, şəhərsalma,
logistika, telekommunikasiya,
ətraf mühit və digər sahələrin inkişafına
dəstək olduğu
bildirilib.
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib və yeni istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2025.- 16 yanvar (№ 9).- S.6.