Kolumbiya mediası: Azərbaycanın həmrəyliyi dostluğu sərhəd tanımır

 

 

Kolumbiyanın aparıcı xəbər saytı “Las2Orillas”daAzərbaycan Kolumbiya paramoslarının mühafizəsi məqsədilə 100 min ABŞ dolları ayırıbsərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Kolumbiyadan çox uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycanın həmrəyliyinin dostluğunun sərhəd tanımadığı, And dağlarının zirvələrinə qədər gəlib çatdığı qeyd olunur.

Yazıda Azərbaycanın beynəlxalq aləmdə bəşəriyyətin gələcəyi naminə göstərdiyi qabaqcıl səylərlə tanındığı, COVID pandemiyasının ən çətin dövründə Qoşulmama Hərəkatına, planetimizin iqlim dəyişikliyinin kəskin nəticələri ilə qarşılaşdığı vaxtda isə COP29-a uğurla sədrlik etdiyi vurğulanır.

Diqqətə çatdırılır ki, bu, ötən il ərzində Azərbaycan Hökuməti tərəfindən Kolumbiyaya ayrılan ikinci humanitar maliyyə yardımıdır Kolumbiyanın şirin su ehtiyatlarının mənbəyi hesab olunan paramosların mühafizəsi üçün mühüm əhəmiyyət daşıyır. Materialda biomüxtəlifliyin qorunması, su ehtiyatlarının davamlılığının təmin olunması baxımından paramosların vacib rol oynadığına, onların florasının əsasını təşkil edən frailexon bitkilərinin kolumbiyalılar arasında əfsanələşdirildiyinə diqqət çəkilir.

Məqalədə, həmçinin humanitar yardımın rəsmi təqdimatı üçün ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbovun Duitama şəhərinə səfər etdiyi, paramosların zəngin fauna florasının onda olduqca xoş təəssürat yaratdığı bildirilir. Səfirin ətraf mühitin biomüxtəlifliyin qorunması üçün qlobal səylərin gücləndirilməsinin zəruriliyini, o cümlədən Azərbaycan-Kolumbiya münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini vurğuladığı qeyd olunur.

Kolumbiyalı jurnalist Roberto Trobaxonun müəllifi olduğu məqalə bir sıra digər yerli media qurumları tərəfindən dərc edilib.

 

Azərbaycan.-2025.- 16 yanvar (¹ 9).- S.6.