Solo gəncliklayihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub

 

“İRƏLİ” Mədəniyyət Mərkəzi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı iləSolo gəncliklayihəsi çərçivəsində Qara Qarayevin ev-muzeyində növbəti konsert keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsertdə gənc bəstəkar, pianoçu Aydan Əliyeva musiqi nömrələri ilə çıxış edib. O, müəllifi olduğu müxtəlif mahnıları, həmçinin klassik bəstəkarların əsərlərini ifa edib.

Aydan Əliyeva 2024-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Simfoniya, prelüd, fortepiano orkestr üçün əsərlər mahnıların müəllifidir.

Layihənin keçirilməsində başlıca məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafı istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.

 

Azərbaycan.-2025.- 16 yanvar (№ 9).- S.11.