Mədəniyyət komitəsinin iclası keçirilib

 

Yanvarın 16-da Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, komitə sədri Polad Bülbüloğlu iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini deyib.

O, əvvəlcə Mədəniyyət komitəsində 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 8 iclası keçirilib, 10 məsələyə baxılıb. Həmin iclaslardaTurizm haqqındaQanunda dəyişiklik edilməsi, “Müəlliflik hüququ əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqındaPoçt haqqındaqanunlarda dəyişiklik edilməsi, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqındaqanun layihələri, habeləKitabxana işi haqqındaMuzeylər haqqındaqanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (iki oxunuşda) müzakirə edilib.

Qeyd olunub ki, payız sessiyası ərzində komitənin ünvanına 83 məktub daxil olub qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara 52 məktub göndərilib. Bununla yanaşı, sessiya dövründə Mədəniyyət komitəsi tərəfindən 47 vətəndaş qəbul edilib. Vətəndaşların müraciətləri ilə əlaqədar müvafiq tədbirlər görülüb lazımi izahatlar verilib.

Sonra komitə sədri Mədəniyyət komitəsinin 2025-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş planının layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, planında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, parlamentin digər komitələrindən daxil olmuş layihələrin müzakirəsi, dinləmələrin keçirilməsi, vətəndaşların qəbulu ilə bağlı digər məsələlər öz əksini tapıb.

Müzakirələr zamanı çıxış edən deputatlar payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini söyləyiblər, sessiya ərzində görülmüş işləri qənaətbəxş sayıblar.

Milli Məclisin deputatları yaz sessiyası üçün nəzərdə tutulmuş planının layihəsi ilə bağlı öz fikirlərini bölüşüblər, bəzi qeyd təkliflərini səsləndiriblər. Çıxışlarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə mədəni irsimizə qarşı törədilən cinayətlərdən bəhs edilib. Azərbaycan Prezidentinin bu məsələyə diqqətlə yanaşdığı bunumədəni soyqırımıkimi dəyərləndirdiyi vurğulanıb. Həmin məsələnin qanunvericilikdə əks olunmasının vacibliyindən söhbət açılıb. Həmçinin xeyriyyəçilik fəaliyyəti ilə bağlı, mədəniyyət sahəsinin inkişafına dair bir sıra təkliflər verilib. Komitə üzvləri yaz sessiyası üçün nəzərdə tutulmuş planının layihəsini məqbul hesab ediblər.

İclasda, həmçininKitabxana işi haqqındaMuzeylər haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda nəzərdən keçirilib. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Azərbaycan.-2025.- 17 yanvar (№ 10).- S.2.