Dünya
Azərbaycanın iqtisadi
imkanlarına şahidlik
edir
Davos Forumu bu baxımdan
mühüm qlobal platformadır
"Prezident İlham Əliyevin
İsveçrədə keçirilən
Davos İqtisadi Forumunda
iştirakı, forum çərçivəsində
keçirdiyi görüşlər
çox uğurludur.
Davos Forumu Azərbaycanın
inkişafını, imkanlarını
dünyaya təqdim etmək baxımından mühüm platformadır".
Bu sözləri "Azərbaycan"
qəzetinə Milli Məclisin
deputatı Sevinc Fətəliyeva deyib. Dövlət başçısının
forum çərçivəsində bir sıra ölkələrin
dövlət və hökumət başçıları,
eləcə də dünyanın tanınmış
şirkətlərinin rəhbərləri
ilə görüşlər
keçirərək qarşılıqlı
əməkdaşlığa dair müzakirələr apardığını xatırladan
S.Fətəliyeva qeyd edib ki, sayca
55-ci olan Dünya İqtisadi Forumunda bir çox dövlət və hökumət başçısı,
nüfuzlu beynəlxalq
təşkilatların və
şirkətlərin rəhbərləri
iştirak edirlər. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya
liderlərini enerji, iqlim və ticarət
sahələrində birgə
işləməyə çağırır.
Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların
verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin
növbəti dəfə
dəvət olunması
dövlətimizin başçısının
beynəlxalq aləmdəki
yüksək nüfuzunun
daha bir göstəricisidir.
Deputatın sözlərinə
görə, iqtisadi xarakter daşımasına
baxmayaraq, forum dünya siyasətində,
beynəlxalq münasibətlərdə
ciddi təsirə malikdir: "Bu tədbir dünyanın iqtisadi mənzərəsinin
formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən
yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni
zamanda iqtisadi güc mərkəzlərinin
bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə
hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına,
ayrı-ayrı dövlətlərin
iqtisadiyyatına təsir
edən münaqişələrin
davam etdiyi, ərzaq çatışmazlığı
probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş
cəmiyyəti qurumlarının
rəhbərlərini bir
araya toplayan forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması,
təşviq etməsi
baxımından mühüm
platformadır".
Sevinc Fətəliyeva
qeyd edib ki, Prezident İlham
Əliyev hər dəfə Davos Forumu kimi nüfuzlu
platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə
ölkəmizin təşəbbüsü
və iştirakı ilə həyata keçirilən mühüm
regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini
dünya liderlərinin
və ictimaiyyətinin
diqqətinə çatdırıb.
Son illər isə postmüharibə dövründə işğaldan
azad olunmuş ərazilərimizdə görülən
işlər və həyata keçirilməsi
nəzərdə tutulan
regional layihələr,
həmçinin Avropanın
enerji təhlükəsizliyinin
təmin edilməsində
etibarlı və dayanıqlı tərəfdaş
kimi Azərbaycanın
mühüm rolu diqqət mərkəzindədir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2025.-
25 yanvar (№ 16).- S.4.