Avropa İttifaqının növbəti məkrli oyunu

 

"Binokl diplomatiyası"  hərbiləşdirmək niyyəti Ermənistana baha başa gələ bilər

 

Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi pozmaq üçün üzərinə götürdüyü "öhdəliyi" yerinə yetirə bilmədiyi üçün "binokl diplomatiyası"nı həyata keçirən missiyasının müddətini uzadır. Bu il yanvarın 10-da Avropa İttifaqının (Aİ) xarici işlər təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın mətbuat xidməti məlumat verərək demişdi ki, Brüssel Aİ-nin Ermənistandakı missiyasının müddətini uzatmaq niyyətindədir. Bundan sonra üzv dövlətlər bu təklifi alqışladılar hazırdaŞurasının müvafiq orqanları ilə zəruri hüquqi aktları müzakirə edirlər. Şuranın müddətinin uzadılması ilə bağlı qərarının yaxın günlərdə qəbul ediləcəyi gözlənilir.

Bu günlərdə "Caliber.Az" saytına etibarlı mənbələrdən daxil olan məlumata görə,  yanvarın 27-də "kəşfiyyat" missiyasının mandatı daha iki il müddətinə uzadılacaq. Prinsipial qərar artıq qəbul edilib. Lakin məsələ bununla bitmir. Görünən odur ki, Brüsseldə bu missiyanın təkcə kəşfiyyat funksiyalarının kifayət etmədiyi qənaətinə gəlinib buna görə ona hərbi funksionallıq əlavə edilməli olduğu düşünülüb. Saytın əldə etdiyi məlumata əsasən, missiyanın mandatının genişləndirilməsi yalnız kəşfiyyat xarakterli deyil, tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsinə səbəb ola biləcək yeni elementləri əhatə edəcək.

Bu da onu deməyə əsas verir ki, Qərbin hərbi bölmələri Ermənistan-Türkiyə Ermənistan-İran sərhədləri boyunca yerləşdirilə bilər. Faktlar təsdiq edir ki, Cənubi Qafqazda yaranan yeni reallıqları qəbul etmək istəməyən Avropa İttifaqı destruktiv fəaliyyətini davam etdirir.

İkinci Qarabağ müharibəsindən dərhal sonra regiona yerləşmək üçün mənfur planlar cızanbu məqsədlə dırnaqarası mülki müşahidə missiyasını Azərbaycanla Ermənistan sərhədinə yerləşdirib. 2022-ci ilin dekabrından qısa müddətlik zaman ərzində fəaliyyət üçün işə başlayan bu missiya Azərbaycanın razılığı olmadan hazırda bölgədə "fəaliyyətdədir".

Yanvarda yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev məhz bu məsələyə toxunaraq qeyd etdi ki, əgər həmin vaxt bunun iki aylığına 40 nəfərdən ibarət olacağı barədə razılığa gəlindisə, deməli, bu, belə olmalı idi: "Mən razılığa gəldikdə, hətta sözdə olsa, həmişə bu razılaşmalara əməl edirəm. Amma belə bir vəziyyətdə Avropada hesab etdilər ki, onlar həmin razılaşmaları pozmaq hüququna malikdirlər. Sonra heç bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar".

İkinci Qarabağ müharibəsindən sonra bölgədə tələb olunan sülh, sabitlik əməkdaşlıq mühitinin yaradılmasıdır. Fransa başda olmaqla bir çoxölkələri isə açıq-aydın buna qarşı çıxırlar. 2023-cü ilin fevralındamüşahidəçiləri Ermənistana yerləşəndə dedilər ki, bu, İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə vermək üçündür. Lakin sonradan göründü ki, Aİ-nin niyyəti tam başqadır.

Müxtəlif yollarla Ermənistanı silahlandıran Qərb təsisatları bölgədə yeni münaqişə ocağının yaranması üçün hər vasitəyə əl atırlar. Eyni zamanda bununla da Azərbaycanı qıcıqlandırmaq istəyirlər.

Əslində, hər şey Azərbaycana yaxşı məlumdur. Ermənistanın silahlandırılması prosesi Avropa Sülh Fondu vasitəsilə Avropanın hərbi iştirakının artırılması ilə müşayiət olunur. Məlumdur ki, Aİ-nin qurucu üzvlərindən olan Fransa 44 günlük müharibədən dərhal sonra Ermənistanı sürətlə silahlandırmağa başlayıb. Məqsəd bölgədə yenidən münaqişə ocağı alovlandırmaqdır. Əslində, bu məkrli planın Ermənistanı dövlət olaraq məhvə sürüklədiyi Emmanuel Makron hökumətinin eyninə deyil. Yəni Fransa idarəçiliyində Aİ-nin Cənubi Qafqazdakı qanlı ssenarisi üçün Ermənistan qurban seçilib.

Bütün bunlar Ermənistanda revanşist qüvvələrə dəstək verən işğalçı dövləti yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır. Təəssüf ki, bunun hansı nəticələrə gətirib çıxaracağını Ermənistan hələ dərk etmək istəmir. Fransa isə Ermənistanı hansı bəlalara sürüklədiyini nəzərə almır. İstər 44 günlük müharibə olsun, istərsə sonrakı illərdə birtərəfli qaydada Ermənistanın yanında duran Fransa anti-Azərbaycan siyasətində Ermənistandan getdikcə daha çox istifadə etməyə çalışır. Buna müvafiq olaraq rəsmi Paris Ermənistanın silahlandırılmasını özünün əsas xarici siyasət kursu elan edib. Fransanın Ermənistanı silahlandırması, onu müasir hərbi-sənaye məhsulları ilə təmin etməsi Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə, hərbi qarşıdurma ehtimalını artırmaqdadır.

Proseslərin gedişi göstərir ki, Aİ-nin "binokl diplomatiyası"nın bir neçə əsas məqsədi var. Birincisi, Aİ bu missiyadan Cənubi Qafqaza soxulmaq üçün istifadə edir. İkincisi, Ermənistanı öz təsiri altında saxlayır. Üçüncüsü, Rusiyanın Ermənistan üzərindəki təsirini zəiflədir. Dördüncüsü, mümkündür ki, Aİ bu missiya vasitəsilə Ermənistana təhlükəsizlik təminatı verməklə yanaşı, həm gizli təlimlər keçir. Hər halda Aİ-nin, o cümlədən onun əsas üzvlərindən biri olan rəsmi Parisin ritorikası bu ehtimal barədə düşünməyə əsas verir.

Bütün hallarda regionda gərginlik yaratmaq istəyən dairələr anlamalıdırlar ki, Azərbaycan 2020-ci ildəkindən indi daha güclüdür. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirə bilmədiyi döyüş tapşırığı yoxdur.  Azərbaycana qarşı istənilən təxribata cavab veriləcək məkrli oyunların hamısı bumeranq effekti verəcək. Xüsusən Fransanın "canfəşanlığının" heç bir nəticəsi olmayacaq.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2025.- 25 yanvar (№ 16).- S.7.