Azərbaycanın
və Türkiyənin
parlamentləri arasında
münasibətlərə dair
fikir mübadiləsi aparılıb
Milli Məclisin
sədri Sahibə Qafarova yanvarın 24-də
Türkiyənin ölkəmizdəki
səfiri Cahit Bağçını Azərbaycandakı
diplomatik fəaliyyətinin
başa çatması
münasibətilə qəbul
edib.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda qardaş ölkələrimiz və
parlamentlərimiz arasında
münasibətlərə dair
fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova
Boluda baş verən faciəvi yanğınla bağlı
qardaş Türkiyə
xalqına bir daha başsağlığı
verib, bu faciə ilə əlaqədar Türkiyə
Böyük Millət
Məclisinin sədri Numan Kurtulmuşa da başsağlığı
məktubu ünvanladığını,
Azərbaycanın hər
zaman qardaş Türkiyənin yanında
olduğunu bildirib.
Söhbət zamanı
C.Bağçının ölkəmizdə
diplomatik fəaliyyəti
dövründə qardaş
ölkələrimiz arasında
münasibətlərin daha
da genişlənməsi
istiqamətində səmərəli
fəaliyyət göstərdiyi
qeyd edilib.
Görüşdə Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi kimi, "Bir millət, iki dövlət" şüarına
söykənən Azərbaycan-Türkiyə
qardaşlıq əlaqələrinin
iki ölkənin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi
ilə daha da inkişaf etdiyi, bu gün
dünyada Azərbaycan
və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr
olmadığı vurğulanıb.
Ölkələrimiz arasında
müttəfiqliyin rəsmi
ifadəsi olan Şuşa Bəyannaməsi
ilə əlaqələrimizin
yeni mərhələyə
qədəm qoyduğu
diqqətə çatdırılıb.
Əlaqələrimizin daha
da genişlənməsi
və dərinləşməsi
istiqamətində parlamentlərimizin
də rolu qeyd edilib. Qanunverici
orqanlarımızın və
deputatlarımızın bütün
platformalarda bir-birini dəstəklədiyi, beynəlxalq
təşkilatlarda ortaq
mövqedən çıxış
etdikləri ifadə olunub.
Cahit Bağçı göstərilən diqqətə və dəstəyə görə minnətdarlığını ifadə edərək, bundan sonra da Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi üçün əlindən gələn töhfəni verməyə hazır olduğunu bildirib.
Azərbaycan.-2025.- 25 yanvar (№ 16).- S.2.