Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası
Qanununun müddəalarının
pozulmasına görə
fiziki və hüquqi şəxslər
tərəfindən ödənilən
cərimələrdən daxil
olan vəsaitin təyinatı üzrə
istifadə olunması
Qaydası”nda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına
görə fiziki və hüquqi şəxslər tərəfindən
ödənilən cərimələrdən
daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası”nda
dəyişiklik edilməsi
barədə
¹ 14
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Bakı şəhərinin inzibati
ərazisində avtomobil
nəqliyyatı sahəsində
idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 19 aprel tarixli 2109 nömrəli Fərmanının icrası
ilə əlaqədar
Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
15 avqust tarixli 181 nömrəli Fərmanının
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 4, maddə
267, (Cild I) ilə təsdiq edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına
görə fiziki və hüquqi şəxslər tərəfindən
ödənilən cərimələrdən
daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası”nın
2.1.2-ci yarımbəndi aşağıdakı
redaksiyada verilsin:
“2.1.2. yol hərəkətinin
nizama salınmasında
istifadə olunan svetoforlarla bağlı xərclərin ödənilməsinə;”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 23 ” “ yanvar ” 2025-ci il
Azərbaycan.-2025.-
25 yanvar (¹ 16).- S.2.