Baş
nazir Əli Əsədov Belarusun Azərbaycandakı səfiri
ilə görüşüb
Yanvarın 24-də Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədov ölkəmizdəki
fəaliyyət müddətinin
bitməsi ilə əlaqədar Belarus Respublikasının
fövqəladə və
səlahiyyətli səfiri
Andrey Ravkov ilə görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
Ə.Əsədov Azərbaycan
ilə Belarus arasında
dostluq əlaqələrinin
inkişafına verdiyi
töhfəyə görə
səfirə təşəkkürünü
bildirib.
Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.
Azərbaycan.-2025.- 25 yanvar (№ 16).- S.2.