AYİB Azərbaycanla əməkdaşlığa sadiqdir

 

Davosda bankla daha bir layihə üzrə saziş imzalandı

 

Avropa Yenidənqurma İnkişaf Bankı (AYİB)   indiyədək  ölkəmizdə onlarla layihəyə investisiya qoyub. Azərbaycan-AYİB əməkdaşlığının imkanları bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr genişmiqyaslıdır. AYİB-in ölkəmizin enerji nəqliyyat layihələrinə, xüsusilə "Cənub qaz dəhlizi"nə ayırdığı kreditlərin əhəmiyyəti daim vurğulanır.

Təkcə 2022-ci ildə Azərbaycanda 9 layihəyə 86 milyon avro sərmayə yatırması  bu maliyyə qurumunun ölkəmizin inkişafına əhəmiyyətli töhfələrinə aid  misallardan biridir. 2022-ci ildən söz düşmüşkən xatırladaq ki, həmin ilin yayında Gəncə şəhərinin Azərbaycanda ilk pilot şəhər olaraq AYİB-in "Yaşıl Şəhərlər Proqramı"na qoşulmasını da xatırladaq. Seçilmiş şəhər üçün "Yaşıl Şəhər Fəaliyyət Planı"nın əsas məqsədi "yaşıl gələcəy"ə keçidi dəstəkləmək üçün investisiya qoyuluşu digər tədbirlər vasitəsilə Gəncənin ekoloji məsələlərinin həllinə kömək göstərilməsidir.

Bu il yanvarın 22-də Prezident İlham Əliyevin Davosda qarşı tərəfin müraciəti əsasında AYİB-in prezidenti Odile Reno-Basso ilə görüşündə Gəncəyə aid layihə diqqət mərkəzində olub. AYİB-in prezidenti ölkəmizlə Avropa Yenidənqurma İnkişaf Bankı arasında həyata keçirilən bir sıra layihələrə toxunaraq bu xüsusda Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin icra olunmasının bank tərəfindən maliyyələşdirilməsinə razılığın verildiyini bildirib.

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bankın birinci vitse-prezidenti Yurqen Riqterink respublikamızla Avropa Yenidənqurma İnkişaf Bankı arasında "Gəncə şəhərinin su təchizatı kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi"ni imzalayıblar.

Elə sözügedən görüşdə AYİB-in prezidenti Azərbaycanın  bank sektoru ilə həyata keçirilən layihələrin, o cümlədən kiçik orta sahibkarlığın, qadın sahibkarlığının dayanıqlı inkişaf layihələrinin dəstəklənməsi üçün ayrılan kredit xətləri barədə  məlumat verib.

Ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan vacib layihələrdən danışan Prezident İlham Əliyev su təsərrüfatı, nəqliyyat, Bakı şəhərinin inkişafı istiqamətlərində icra olunan işləri qeyd edib. Söhbət zamanı, eləcə Avropaya "yaşıl enerji"nin ixracı, bununla bağlı həm Gürcüstanla, həm Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri imkanları barədə müzakirələr aparılıb.

Ümumiyyətlə, Avropa Yenidənqurma İnkişaf Bankının Azərbaycanda fəaliyyət istiqamətləri ölkəmiz üçün prioritet sahələr, xüsusilə bərpaolunan enerji, nəqliyyat, logistika, kiçik orta biznesin inkişafı sahələrində, Orta dəhliz istiqamətində əməkdaşlıq məsələləri  ikitərəfli görüş tədbirlərin daimi mövzusudur.  AYİB- Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi  daim vurğulanır.

Gəncənin  su kanalizasiya məsələsinə gəldikdə isə, demək olar ki,  bu layihə ilə şəhərin əksər küçə prospektlərində köhnə su borularının yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub. Bu   Gəncə Şəhər Su Kanal İdarəsi tərəfindən yerinə yetirilir. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti su təchizatı ilə paralel olaraq kanalizasiya sistemi üzrə işlərin həyata keçirildiyini bildirib.

Gəncə Şəhər Su Kanal İdarəsinin hələ keçən ilin sentyabr ayına aid    açıqlamasında qeyd edilir  ki,  il ərzində 12 min metr içməli su, 10 min metr kanalizasiya xətti çəkilib. Həmçinin 1500 su sayğacının quraşdırılması nəzərdə tutulub. Həmin vaxtadək su xətlərinin 47 faizi, kanalizasiya xətlərinin 44 faizi çəkilmişdi. Gəncə şəhərinin 71 min 500 abonentinin 40 mini dayanıqlı içməli su ilə təmin olunmuşdu.

Gəncə şəhəri Mirzə Abbas Abbaszadə, Həsən Əliyev, Fərhad Əliyev, Bakı Fəhləsi, Hacı Zeynalabdin Tağıyev, Müseyib Bağırov küçələrində, Yeni Gəncə qəsəbəsində, 38-ci Hərbi şəhərcikdə sıradan çıxmış müxtəlif su boruları polietilen borularla əvəzlənib. Şəhərin istənilən küçəsində baş verən qəza hadisələri qəza xidməti tərəfindən dərhal nəzarətə götürülür aradan qaldırılır.

Qeyd edək ki, Gəncənin su təchizatı 3 mənbədən - Göygöl-Gəncə, Şəmkir-Gəncə magistral su xətləri 97 ədəd subartezian quyusu vasitəsilə reallaşdırılır. Su şəbəkəyə ümumi tutumu 41530 kubmetr olan 9 mərkəzi 18 məhəllədaxili su anbarları vasitəsilə verilir.

Şəhər sakinləri əvvəlki illərlə müqayisədə daimi içməli su ilə təmin olunduqlarından razılıqlarını bildirirlər. Çünki onlar əvvəl suyun verilməsindən əziyyət çəkirdilər. Bəzi  ərazilərə  su iki gündən bir verilirdi.

Gəncə Şəhər Su  Kanal İdarəsi yerli əhalinin dayanıqlı keyfiyyətli içməli su ilə təminatını, o cümlədən tullantı, yağış sularının axıdıldığı xətlərin bərpası yenilənməsi istiqamətində işləri intensiv həyata keçirir.

Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa quruculuq işləri aparır. Bununla yanaşı, digər şəhər rayonlarımız da diqqətdən yayınmır. Müdrik Prezidentimiz hələ dörd il əvvəl  -  Qarabağın  Şərqi Zəngəzurun  yenidən qurulmasına  başlananda bildirmişdi ki, digər bölgələrdə  görüləcək işlər arxa planda olmayacaq. Bu gün Azərbaycanın hər tərəfində gedən işlər, o cümlədən Davosda AYİB-  "Gəncə şəhərinin su təchizatı kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi"nin imzalanması bir daha göstərdi ki, dövlətimizin başçısı nəyi deyirsə, onu yerinə yetirir.  Sözü imzası qədər kəsərli etibarlıdır!         

 

Flora SADIQLI,

Azərbaycan.-2025.- 25 yanvar (¹ 16).- S.10.