İranın
Azərbaycandakı səfirliyinin
müvəqqəti işlər
vəkili Xarici İşlər Nazirliyinə
çağırılıb
İranın Azərbaycandakı
səfirliyinin müvəqqəti
işlər vəkili
Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Məlumata görə,
görüş zamanı
son zamanlar hökumət dairələrinə
yaxın İran mətbu
orqanlarında Azərbaycan
əleyhinə, ölkə
rəhbərliyinə qarşı
açıq-aşkar şəkildə
aparılan kampaniyaya etiraz bildirilib.
Xüsusilə, uzun
fasilədən sonra Tehranda keçirilmiş “Azərbaycan Respublikası
ilə İran İslam
Respublikası arasında
iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq
üzrə Dövlət
Komissiyasının” 16-cı iclasından və səmərəli rəsmi
görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin
XİN-ə çağırılaraq əsassız şəkildə
etiraz bildirilməsinin
və İran mətbuatında
kampaniyanın genişləndirilməsinin
anlaşılmazlıq yaratdığı
qeyd olunub.
Bununla yanaşı,
Ərdəbildə toplantı
zamanı Azərbaycana
qarşı səsləndirilən
təhqiramiz ifadələrə
görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya
aparılması, Qəzvin
imam cüməsi daxil bir sıra
din xadimlərinin Azərbaycan əleyhinə
fəaliyyətdə iştirak
etməsinin qəbuledilməz
olduğu diqqətə
çatdırılıb.
Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər
vurmaq məqsədi daşıdığı, bunların
qarşısının alınmasının
zəruri olduğu vurğulanıb.
İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.
Azərbaycan.-2025.- 26 yanvar (№ 17).- S.3.