Serbska Respublikasının Prezidenti Azərbaycanın biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib

 

Azərbaycan ilə Bosniya Herseqovina arasında əməkdaşlığa dair müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Bosniya Herseqovinadakı səfiri Vilayət Quliyev bu ölkədə iki inzibati vahiddən biri olan Serbska Respublikasının Prezidenti Milorad Dodikin dəvəti ilə Banya-Luka şəhərində səfər edib. Bosniya Herseqovinanın Rəyasət Heyətinin serb üzvü, hazırda sədrlik səlahiyyətlərini yerinə yetirən xanım Jelka Tsviyanoviçin iştirakı ilə Vilayət Quliyevlə geniş tərkibdə görüş keçirilib.

Görüşdə Bosniya Herseqovina, xüsusən Serbska Respublikası ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni humanitar sahələrdə əməkdaşlıq məsələsi müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyevlə ötən ilin oktyabrında Kazanda keçirilən BRICS Sammiti çərçivəsində görüşdüyünü xatırladan Milorad Dodik ölkəmizin son illərdə qazandığı uğurların, beynəlxalq miqyasda artan nüfuzunun rolunun, eləcə böyük uğurla keçirilən COP29 sammitinin Serbska Respublikasında məmnunluqla qarşılandığını vurğulayıb. Azərbaycanla əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini deyən Milorad Dodik ölkəmizin adamlarını biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib.

O, Serbska Respublikasının bütün səviyyələrdə müzakirələrə açıq olduğunu Azərbaycan biznesi üçün sərfəli şərait yaratmaq niyyətini ifadə edib. Nümunə kimi regionda uğurla fəaliyyət göstərənAzVirtşirkətinin təcrübəsini misal gətirib. Enerji sektoru ilə bir sırada turizm, tikinti, kənd təsərrüfatı, elmi-texniki, mədəni humanitar sahələrdə əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar olduğunu bildirərək ölkələrimiz arasındakı qarşılıqlı inam etimad mühitinin uğur qazanmaq üçün möhkəm zəmin yaratdığını bildirib.

COP29 sammiti günlərində işğaldan azad olunan Qarabağa, eləcə tarixi Şuşa şəhərinə səfər etdiyini xatırladan Bosniya Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun postsosialist ölkələri, xüsusən oxşar münaqişələrlə üzləşən Bosniya Herseqovina üçün ibrətamiz örnək olduğunu bildirib. Xanım Jelka Tsviyanoviç Prezident İlham Əliyevin Qərbi Balkan regionuna diqqətinin, xüsusən 2023-cü ilin aprelində Sarayevoya səfəri çərçivəsində imzalanmış Azərbaycan-Bosniya Herseqovina strateji tərəfdaşlıq sazişinin bütün sahələrdə əməkdaşlıq üçün mühümlüyünü vurğulayıb.

Gündəliyə çıxarılan məsələlərə münasibət bildirən səfir Vilayət Quliyev onların həqiqətən mühüm əhəmiyyət daşıdığını, hər iki tərəfin maraqlarına cavab verdiyini qeyd edərək ölkəmizin bütün səviyyələrdə dialoqa açıq olduğunu bildirib. Serbska Respublikasının, bütünlükdə Bosniya Herseqovina tərəfinin xoş niyyətlərini təkliflərini rəsmi Bakının diqqətinə çatdıracağını bildirib.

Görüş zamanı Cənubi Qafqaz regionu, eləcə beynəlxalq miqyasda cərəyan edən proses hadisələr ətrafında da geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2025.- 26 yanvar (№ 17).- S.3.