"... Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə"
Qazaxda “1990-cı illərin
əvvəllərində işğal
altına düşmüş
Qazaxın dörd kəndinin azadlığına
aparan yol gənclərin gözü
ilə” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə həmçinin
"Dünya Vətəndən
başlayır" adlı
kitab təqdim olunmuşdur.
Ədəbiyyat Muzeyində
keçirilən tədbirdə
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan
Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin sədri
Səməd Seyidov, “Füyuzat” jurnalının
məsul redaktoru Samir Ramizoğlu, Azərbaycan Yazıçılar
Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət
xadimi, şair Barat Vüsal, təhsil və mədəniyyət işçiləri,
Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət
Şurasının üzvləri,
Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi
Kollecin müəllim və tələbələri
iştirak etmişlər.
Qeyd edilmişdir
ki, 2024-cü ilin ən önəmli hadisələrindən biri
də Qazaxın 4 kəndinin bir güllə atılmadan doğma sakinlərinə qaytarılması oldu. Bildirilmişdir ki, bu kəndlərin geri qaytarılmasına gedən yol Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında 44 günlük
Vətən müharibəsində,
2023-cü il sentyabrın
19-20-də Azərbaycan Ordusunun
Qarabağda keçirdiyi
lokal xarakterli antiterror tədbirləri zamanı qazandığımız
şanlı Qələbələrdən
keçdi. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində
bu gün doğma Qarabağda - Şuşada, Xankəndidə,
Xocalıda, işğaldan
azad olunmuş digər torpaqlarımızda
üçrəngli Azərbaycan
Bayrağı dalğalanır.
Tədbirdə çıxış
edən Rəcəb Babaşov bildirmişdir ki, azad olunmuş
kəndlərlə bağlı
Azərbaycan dövləti
heç vaxt öz mövqeyindən bir addım da olsun geri
çəkilmədi: “Bütün
məsələləri inamla
və ardıcıllıqla
həyata keçirdi.
Birinci mərhələdə
Qarabağın və
Şərqi Zəngəzurun
böyük hissəsi,
sonra isə işğal altında qalan hissə işğalçılardan azad
edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara,
Bağanıs Ayrım,
Qızılhacılı və
Xeyrımlı kəndlərinin
hərbi əməliyyatsız,
bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması dövlətimizin
növbəti qələbəsi
oldu”.
Sonra Səməd
Seyidov çıxış
edərək tədbirin
əhəmiyyətini vurğulamışdır.
“1990-cı illərin əvvəllərində
işğal altına
düşmüş Qazaxın
dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə” mövzusunda tədbirin əhəmiyyətini diqqətə
çatdıran millət
vəkili qazandığımızın
tarixi qələbənin
kökündə Müzəffər
Ali Baş Komandanın düşünülmüş
siyasətinin, qətiyyətinin
dayandığını söyləmişdir.
Barat Vüsal isə tədbir iştirakçılarına səmimi
ürək sözlərini
çatdırmış, "Dünya Vətəndən
başlayır" adlı
kitab haqqında fikirlərini bölüşərək
sözügedən kitabın
hər cəhətdən
dəyərli bir kitab olduğunu qeyd etmişdir.
Sonra kitabın
müəllifi İradə
Qədirova çıxış
edərək təqdimat
mərasimində səmimi
sözlər söyləyən
iştirakçılara minnətdarlığını
bildirmişdir.
Sabir ƏLİYEV,
Azərbaycan.-2025.-
26 yanvar (¹ 17).- S.8.