DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzi
"Ekoloji maarifləndirmə
sahəsində ən
yaxşı tərəfdaş"
nominasiyası üzrə
təltif edilib
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzi
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi (ETSN) tərəfindən
2024-cü ildə "Ekoloji
maarifləndirmə sahəsində
ən yaxşı tərəfdaş" nominasiyası
üzrə təltif edilib.
DOST İnklüziv İnkişaf
və Yaradıcılıq
Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev tərəfindən
mükafat mərkəzin
direktor müavini Mətanət Məmmədovaya
təqdim olunub.
"Yaşıl dünya
naminə həmrəylik
ili" çərçivəsində
mərkəzdə həssas
qruplara aid şəxslərin ekoloji maarifləndirməsi işləri
aparılıb, onların
ETSN-in təmizlik aksiyaları və abadlaşdırma işlərində
fəal iştirakı
təmin olunub.
Mərkəzdə istifadəyə
yararsız məhsullardan
hazırlanmış əl
işlərindən ibarət
sərgi, konsert və müxtəlif layihələr gerçəkləşdirilib.
Habelə mərkəzin
təlimçi və
benefisiarlarının ekoloji
mövzularda əl işləri beynəlxalq sərgilərdə uğurla
nümayiş etdirilib.
Mərkəz və
"DOST Evi" filialının
1000 kvadratmetrlik həyətyanı
ərazilərində ağacəkmə
aksiyaları keçirilib.
Pre-COP və COP29 tədbirlərində həssas qruplara aid şəxslərin də iştirakı təmin olunub. Yaşıl Zonada mərkəzin təlimçi və benefisiarının təqdim etdiyi konsert və sərgi böyük maraqla qarşılanıb.
Azərbaycan.-2025.- 26 yanvar (№ 17).- S.9.