Azərbaycanın iqtisadi qüdrəti artır

 

Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən təbii sərvətlərindən ölkənin milli mənafeyinə uyğun istifadə edilməsi, irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması həyata keçirilməsi böyük nəticələr verməkdədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir mərhələdə uğurla davam etdirilən iqtisadi inkişaf strategiyası Azərbaycan vətəndaşlarının rifahının ildən-ilə yaxşılaşmasına imkan yaradır. Siyasi, iqtisadi, ictimai mədəni həyatın bütün sahələrində həyata keçirilən islahatlar ölkəmizin daha da güclənməsinə dünya birliyində layiqli yer tutmasına gətirib çıxarmışdır.

Müasir dövrdə demokratik, hüquqi dövlət quruculuğunun konkret zamanla məhdudlaşmayan, strateji əhəmiyyət daşıyan, daimi fəallıq zəhmət tələb edən, davamlı proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. İctimai həyatın ən müxtəlif sahələrini tənzimləyən qanunların cəmiyyətin inkişaf ahənginə uyğun təkmilləşdirilməsi, habelə insan hüquq azadlıqlarının daha etibarlı müdafiəsi bu baxımdan diqqəti cəlb edir. Avropa məkanına inteqrasiya kursunu prioritet seçməklə hər bir fərdin maraq mənafeyinin yüksək səviyyədə təminatını qarşıya məqsəd qoymuş respublikamız dövrün tələblərinə cavab verən islahatların aparılmasını davamlı prosesə çevirmişdir. Ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, vətəndaşlarının hüquq azadlıqlarının qorunması sahəsində görülən ardıcıl işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir.

Dövlət başçısı İlham Əliyev vətəndaşların mənafeyinə hesablanmış demokratikləşmə iqtisadi inkişaf xəttini uğurla davam etdirir. "Vətəndaş cəmiyyəti quruculugu, demokratik proseslərin möhkəmləndirilməsi, hüquqi dövlətin formalaşdırılması heç şüar arzu deyil, Azərbaycanın hərtərəfli inkişafının başlıca şərtidir. Bizim təcrübəmiz göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur" deyən dövlət başçısı vətəndaşların sosial-siyasi, mədəni iqtisadi rifahına xidmət edən islahatların davam etdirilməsini zəruri hesab edir. Demokratik dövlətin bir təsisat kimi başlıca vəzifəsi bütövlükdə cəmiyyətin, ayrılıqda isə hər bir vətəndaşın maddi-rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi layiqli həyat səviyyəsinin təmin olunması, habelə səxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır.

Ölkəmizdə sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində vətəndaşların sosial rifah halının daha da yüksəldilməsi, qanunçuluğun gücləndirilməsi istiqamətində əməli addımlar atılır, neft gəlirlərindən düzgün istifadə edilir. Elə buna görədir ki, ölkə iqtisadiyyatının kompleks inkişafına nail olunmuş, yeni istehsal sahələri genişləndirilmiş, fəaliyyətini dayandırmış bir sira iri müəssisələr işə salınmış, qeyri-neft sektoru sürətlə inkişaf etmişdir. Ölkə başçısı tərəfindən sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi məqsədilə qəbul edilmiş mühüm sənədlər, fərman sərəncamlar paytaxt bölgələr arasında inkişaf fərqini aradan qaldırmış, əhalinin sosial rifah halı yüksəlmiş, sahibkarlıq fəaliyyətini genişləndirmişdir. Dövlət proqramında sahibkarlığın stimullaşdırılması onun maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsalın inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi müsbət nəticələr vermişdir.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafına adamlarının səmərəli fəaliyyətinə xidmət edən "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli xarici sahibkarların təhlükəsiz xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə qorunmasına əsaslı zəmin formalaşdırmışdır. Ölkə başçısı İlham Əliyevin 6 mart 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında" fərman da respublikamızda sahibkarlığın sürətli inkişafına xidmət edən kompleks tədbirlərin tərkib hissəsidir. Hazırkı mərhələdə istər texniki-istehsal bazar infrastrukturunun, istərsə yeni mütərəqqi təsərrüfatçılıq mexanizmlərinin formalaşdırılması son dərəcə vacibdir. Respublikamızda xüsusi iqtisadi zonaların yaradılması obyektiv zərurətdən irəli gəlir. Müasir mərhələdə Azərbaycanın mövcud iqtisadi potensialını səmərəli hərəkətə gətirmək üçün beynəlxalq təcrübənin mənimsənilməsinə geniş yer verilməlidir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramının vaxtından əvvəl uğurla icra olunması regionların tarazlı, davamlı inkişafına, infrastrukturun yeniləşməsinə, bölgələrdə özəl sektorun sahibkarlıq fəaliyyətinin genişlənməsinə daha böyük imkanlar açmışdır. İqtisadi imkanların artması qarşıda daha yeni layihələrin həyata keçirilməsinə stimul yaradır. Dünyada yaşanan maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf tempini qoruyub saxlayıb yeni layihələr üzərində işlər gedir. Prezident İlham Əliyev Novruz bayramı münasibətilə paytaxtda keçirilən tədbirdə bildirmişdir: "Bu vaxta qədər verilmiş bütün sözlər icra olunub, qarşıda duran bütün vəzifələr yerinə yetirilmişdir. Ancaq hələ çoxlu problemlər var, gələcəkdə biz onları həll etməliyik. Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməlidir görüləcəkdir. İqtisadi inkişaf strategiyamız davam etdiriləcəkdir. Baxmayaraq ki, dünyada neftin qiyməti 3-4 dəfə azalıb, bu il növbəti illərdə investisiya layihələrinin tam əksəriyyəti, bütün sosial proqramlar icra olunacaqdır. Bu il növbəti illərdə məktəb tikintisi, xəstəxanaların tikintisi, mədəniyyət ocaqlarının tikintisi, bərpası davam etdiriləcəkdir. Yəni ki, bizim planlarımızda heç bir dəyişiklik olmayacaqdır. Bu yaxınlarda növbəti beş ili əhatə edən müfəssəl iqtisadi inkişaf proqramı təsdiq olunacaqdır. Əminəm ki, bu proqramın icrası nəticəsində beş ildən sonra Azərbaycan daha da qüdrətli, daha da imkanlı olacaq bizim təsir dairəmiz daha da genişlənəcəkdir".

Azərbaycanda yeni iqtisadi inkişaf proqramının təsdiq edilməsi qarşıda daha böyük infrastruktur layihələrinin həyata keçirilməsinə şərait yaradacaq. İqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanda reallaşdırılan bütün proqramlar vətəndaşların rifah halının daha da yüksəlməsinə hesablanıb. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə yürütdüyü siyasət ölkəmizin iqtisadi potensialını daha da artıracaq qarşıda duran bütün problemlərin milli maraqlarımıza uyğun həll edilməsinə imkan yaradacaqdır.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-1 aprel.-S.1.