Neftlə bağlı əsas qərarlar Azərbaycanın iştirakı olmadan verilmir

 

Azərbaycanın enerji sahəsində qazandığı nailiyyətlər həm dünyada nüfuzunun yüksəlməsində mühüm rol oynayıb. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, neftin qiymətinin ötən ilin iyul ayında pik həddinə çatmasına bundan sonra sürətlə aşağı düşməsinə baxmayaraq, bunun ölkə iqtisadiyyatına təsirini neytrallaşdıra bilib. Bu məqamla bağlı Prezident İlham Əliyev demişdir: "Neftin qiyməti bugünkü səviyyəsində olduğu halda belə, bizim iqtisadiyyat uğurla fəaliyyət göstərəcək qiymətlərin bu səviyyəsinə davam gətirmək iqtidarındadır".

Ölkəmizin yeni neft strategiyasını düzgün qurması isə iqtisadi cəhətdən kifayət qədər güclənməsinə gətirib çıxarmaqla yanaşı, indi daha çox onunla hesablaşmağa mühüm məsələlərdə mövqeyinin nəzərə alınmasına səbəb olub. Təsadüfi deyil ki, ötən ildən etibarən Azərbaycan ilk dəfə olaraq neft ixrac edən ölkələrin təşkilatı - OPEK-in toplantılarına dəvət alır. Artıq bu təşkilat öz strategiyasını müəyyənləşdirəndə mütləq Azərbaycanın da mövqeyini nəzərə alır.

1961-ci il noyabrın 14-də Bağdadda keçirilən konfransda yaradılan OPEK dünya neft ehtiyatlarının 60 neft bazarının 42 faizinə nəzarət edir. 13 ölkənin daxil olduğu təşkilatda belə hesab olunur ki, bazarlarda ucuzlaşmaqda olan neftin qiymətinin bundan sonra da enməsinin qarşısını almaq üçün digər neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın da mövqeyini nəzərə almaq lazımdır. Elə buna görə ötən ilin dekabrında ilk dəfə olaraq Azərbaycan, Rusiya, Suriya Omandan təşkilatın Əlcəzair sammitinə nümayəndə heyəti dəvət olundu.

Məhz həmin dəvət faktiki olaraq Azərbaycan neftinin dünya bazarında mühüm yer tutduğunun aydın göstəricisi oldu. Digər tərəfdən, Aralıq dənizində neft amilinə görə məhz Azərbaycanın hakim mövqeyə malik olması ölkəmizin OPEK üçün əhəmiyyətinin artmasını nümayiş etdirdi. Məhz bunun nəticəsi olaraq OPEK martın 15-də Vyanada keçirilən növbəti illik konfransına Azərbaycanı dəvət etdi. Həmin konfransda Azərbaycanı sənaye energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda bildirilib ki, dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam etsə, OPEK sutkalıq neft hasilatının həcmini azaldacaq. Amma martın 15- Vyanada keçirilən OPEK-in 152-ci konfransında qurum üzvləri hasilatı hələlik indiki səviyyədə saxlamağı qərarlaşdırıblar. OPEK rəsmiləri neftin qiymətini qaldırmaq üçün "qara qızıl"ın istehsalını azaltmaq deyil, sadəcə, hər bir ölkə üçün müəyyən olunmuş kvotaya sadiq qalması barədə qərar çıxarıblar. Qərar Amerika Birləşmiş Ştatları digər iri neft idxalçısı olan dövlətlər tərəfindən müsbət qarşılanıb. Onların fikrincə, neft istehsalı aşağı salınsaydı, o halda xam neftin qiyməti artacaqdı, bu isə onsuz da pis vəziyyətdə olan dünya iqtisadiyyatına mənfi təsir göstərəcəkdi.

Ötən ilin yayındakı rekord qiymətlərlə müqayisədə bu il qara qızılın 4 dəfəyədək ucuzlaşması dünya iqtisadiyyatında görünməmiş hal kimi qiymətləndirilir. Elə bu səbəbdən qurumun bəzi üzvləri neft hasilatının birbaşa olaraq azaldılması təklifi ilə çıxış edib. Lakin Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox dövlət dünya neft istehsalını azaltmaq üçün həddindən artıq neft istehsal edən ölkələrin öz kvotalarına riayət etməsinin yetərli olduğunu bildirib. Kvotaya malik olan 11 ölkə isə indi demək olar ki, gündəlik istehsal üçün nəzərdə tutulmuş limitləri pozur. Bu isə ümumi kvotadan 21 faiz çox neftin istehsal olunması deməkdir.

Azərbaycan da neft hasilatının azalmasına qarşı çıxıb. Sənaye energetika naziri Natiq Əliyev OPEK-in forumunda geniş məruzə ilə çıxış edib. Nazir məruzəsində bildirib ki, ötən il ölkədə 45 milyon ton neft hasil edilsə , 2010-cu ildə bu göstərici 65 milyon tona çatdırılacaqdır. Onun sözlərinə görə, Azərbaycan gələcəkdə Avrasiya neft nəqli dəhlizi sistemi vasitəsilə enerji daşıyıcılarının dünya bazarlarına çıxarılmasında da mühüm rol oynamaq imkanına malik ölkədir. Konfrans çərçivəsində N.Əliyev OPEK-in baş katibi Abdulla Səlim əl-Bədri, OPEK-in Beynəlxalq İnkişaf Fondunun baş direktoru Süleyman əl-Hərbiş, Rusiyanın energetika naziri Sergey Şmatko digər yüksək səviyyəli nümayəndələrlə görüşlər keçirib.

Konfransda iştirak edən Rusiya tərəfi bildirib ki, Moskva OPEK-ə daimi müşahidəçi göndərmək neft istehsalını azaltmaq istəyir. OPEK üzvü olmayan iri neft istehsalçısı olan Rusiya ilə bu qurum arasında imzalanan bir çox əməkdaşlıq müqaviləsinin dünyada neft istehsalına qiymətlərə müsbət təsir göstərəcəyi güman edilir.

OPEK-in Vyanada keçirilmiş konfransında iştirak edən Rusiyanın Baş nazirinin müavini İqor Seçin isə bildirib ki, müstəqil neft istehsalçıları, ilk növbədə Azərbaycan, Qazaxıstan, Norveç Braziliya neft bazarının sabitləşdirilməsi istiqamətində görülən tədbirlərə cəlb olunmalıdır: "Neft bazarının sabitləşməsinə dair işlərə hazırda müstəqil neft istehsalçılarını cəlb etmək vacibdir. İlk növbədə bu, Qazaxıstan, Azərbaycan, Norveç Braziliyaya aiddir".

Xatırladaq ki, sonuncu dəfə OPEK neft hasilatının azaldılmasına dair qərarı ötən il dekabrın 17- qəbul edib bu qərara əsasən gündəlik hasilat 2 milyon barel azaldılıb. Hazırda OPEK- belə hesab edilir ki, qiymətlər bir barel üçün 60-100 dollar arasında dəyişməlidir. Azərbaycan tərəfi belə hesab edir ki, neft qiymətləri göstərilən həddə olmalıdır. Yaranmış vəziyyəti bir daha müzakirə etmək üçün dünyanın aparıcı neft istehsalçısı olan ölkələrin nümayəndələri növbəti dəfə neft bazarındakı vəziyyəti mayın 28- müzakirə edəcəklər. Bu dəfə Azərbaycan neft istehsalçısı olan ölkələrin toplantısına dəvət alacaq. Bu da onu göstərir ki, OPEK neftin qiymətində sabitliyə nail olmaq üçün Azərbaycan kimi dövlətlərin mövqeyini nəzərə almağı lazım bilir. Əks təqdirdə, OPEK qiymətlə bağlı siyasətinin lazımi effekt verməyəcəyilə barışmaq məcburiyyətində qalacaqdır.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-1 aprel.-S.1.