Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirlər keçirilmişdir

 

Daxili İşlər Nazırliyinin Polis Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən tədbirdə soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmiş, Azərbaycan xalqına qarşı törədilmiş qətliamlar pislənilmişdir. Bildirilmişdir ki, erməni millətçilərinin vəhşilikləri heç vaxt unudulmayacaqdır. Erməni faşizmi təcavüzkar əməllərini 70 il sonra Qarabağda da həyata keçirmişdir. Tarixdə baş vermiş ağır faciəli hadisələrin səbəbləri mütəmadi izah edilməli, təqsirkar şəxslər xalqımıza düşmən mövqe tutanlar ifşa olunmalı, qətliamların dünya ictimaiyyətinə çatdırılması üçün təbliğat işi genişləndirilməlidir.

Müdavimlərə 1918-ci il mart-aprel hadisələri, erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər barədə məlumat verilmiş, ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da imzalanmış fərmanın əhəmiyyətindən danışılmışdır. Divar qəzetlərində dərc olunmuş yazılarda fərmanda tarixi həqiqətlərin açıqlanması, onların hərtərəfli tədqiq təbliği xüsusilə qeyd edilmişdir.

Sonda "Qarabağ çağırır bizi" ədəbi-bədii kompozisiya göstərilmiş, soyqırımı ilə bağlı sənədli film nümayiş olunmuşdur.

 

* * *

Azərbaycan Dövlət Pedaqoji Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş yığıncaq keçirilmişdir.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" fərmanının tarixi əhəmiyyətindən danışmış, ermənilərin 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Naxçıvanda, Zəngəzurda Azərbaycanın digər ərazilərində xüsusi qəddarlıqla törətdikləri qanlı qırğınlardan bəhs etmişdir. Bildirilmişdir ki, 1918-ci ilin mart-aprel hadisələri zamanı ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər.

Qeyd olunmuşdur ki, yalnız türk dünyasının igid oğlu, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycana gəlişi ilə erməni vəhşiliklərinin qarşısı alınmışdır.

Tarix elmləri doktoru Əli Məmmədov digər natiqlər ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlərdən, son 200 ildə xalqımızın başına gətirdikləri müsibətlərdən danışmış, minlərlə soydaşımızın düşmən xəyanətinin qurbanı olduğunu bildirmişlər.

 

* * *

Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə Dövlət Universiteti 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ziyalılarla görüş keçirmişdir.

Tədbiri şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov açaraq ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri kütləvi qırğınların mahiyyətindən Azərbaycan həqiqətlərinin dünya miqyasında tanıdılması üçün ulu öndər Heydər Əliyevin onun işini uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin əvəzsiz xidmətlərindən danışdı.

Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov, prorektor Asif Cavadov, baş müəllim Mübariz Əliyev, Kənd Təsərrüfatı Akademiyasının dosenti Məleykə Əlizadə, Gəncə Regional Elm Mərkəzinin direktoru Fuad Əliyev, akademik Siddiqə Məmmədova, YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov başqaları çıxış edərək soyqırımı ilə bağlı fikirlərini bildirdilər. Sonra yenicə çapdan çıxan "Difai" "Azərbaycan XVI-XVIII əsrlərin birinci yarısında" kitablarının təqdimat mərasimi oldu.

 

* * *

Taxtakörpü qəsəbəsində laçınlı məcburi köçkünlərin iştirakı ilə keçirilən anım mərasimi rayon polis şöbəsinin həyətindəki şəhidlərin xatirə kompleksi önünə əklil gül dəstələri qoyulmaqla başladı. Sonra mərasim rayon icra hakimiyyətinin akt zalında davam etdirildi. Soyqırımı qurbanlarının şəhidlərin ruhu birdəqiqəlik sükutla yad edildi. Rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov Azərbaycan xalqının 200 ilə yaxın bir dövrdə üzləşdiyi faciələrdən, tarixi düşmənlərimiz olan ermənilərin onların havadarlarının işğalçılıq əməllərindən törətdikləri qırğınlardan danışdı.

Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini İlham Quluyev, ictimaiyyət nümayəndələri qeyd etdilər ki, ermənilər Azərbaycan, Gürcüstan Türkiyə əraziləri hesabına "Dənizdən-dənizə böyük Ermənistan" dövləti qurmaq məqsədilə özlərinin terror təşkilatlarını yaratmaqla, habelə çar imperiyasının dəstəyi ilə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı aksiyalar soyqırımı siyasətini həyata keçirməyə başladılar. Onların Bakıdan başlayan vəhşilikləri Azərbaycanda indi Ermənistan adlanan ərazidə azərbaycanlıların əzəli yurd yerlərini əhatə edirdi. Öz dədə-baba torpaqlarında minlərlə azərbaycanlı ailəsi qətlə yetirilmiş, sağ qalanlar yurd-yuvasından qovularaq Türkiyəyə, İrana, Orta Asiyaya digər ölkələrə getməyə məcbur edilmişdir. İllərlə ermənilərin rus imperiyasının dəstəyi ilə xalqımıza qarşı köçürülmə siyasəti davam etdirilmiş, quldur birləşmələrinin təqibi, terror təzyiqləri ilə üzləşmiş, dövlət səviyyəsində dəfələrlə deportasiyaya məruz qalmışdır.

Xalqımıza qarşı törədilmiş soyqırımına öz münasibətlərini bildirən çıxışçılar onu da vurğuladılar ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi laçınlılarda belə bir inam yaradıb ki, tökülən qan yerdə qalmayacaq, məcburi köçkünlər tezliklə doğma yurd-yuvalarına qayıdacaqlar.

 

* * *

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Salyan rayonunda silsilə tədbirlər keçirilmişdir.

Tədbir iştirakçıları öncə "31 mart Azərbaycanlıların soyqırımı xatirə kompleksi"ni 1918-ci ildə şəhər qəbiristanlığında dəfn olunan türk əsgərlərinin məzarını ziyarət etmiş, əklil gül-çiçək dəstələri düzmüşlər. Sonra rayon Dövlət Rəsm Qalereyasında soyqırımı günü ilə bağlı gənc rəssamların rəsmlərindən ibarət sərgiyə baxış olmuş, rayon icra hakimiyyətinin iclas zalında "31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda növbəti məşğələ keçirilmişdir. Rayonun bütün ümumtəhsil məktəblərində ilk dərs bu mövzuya həsr edilmişdir.

 

* * *

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü anılmışdır.

Öncə soyqırımının günahsız qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə akademiyanın rektoru, əməkdar elm xadimi professor Seyfəddin Qəndilov soyqırımı tarixindən, XX əsrin əvvəllərində erməni millətçiləri daşnakların "böyük Ermənistan" yaratmaq xülyası ilə Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhərləri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda vaxtaşırı xalqımıza qarşı terror digər zorakılıq aktları həyata keçirmələrindən danışdı. Əsrlər boyu soyqırımı deportasiyaya məruz qalmış xalqımızın başına gətirilən müsibətlər barədə məlumat verdi.

Tarix elmləri namizədi, dosent Firdovsiyyə Əhmədova, tələbələri ilə Elnur Əliyev, Fatimə Əliyeva Allahşükür Seyidov öz çıxışlarında bu tarixi gün, mənfur erməni siyasəti bu siyasətin havadarları tərəfindən əsrlər boyu başımıza gətirilən faciələrdən danışdılar. Bu məsələlərin beynəlxalq ictimaiyyət beynəlxalq təşkilatlar tərəfindən tezliklə həqiqi qiymətini alacağına əmin olduqlarını bildirdilər.

 

 

Azərbaycan.-2009.-1 aprel.-S.3.