Ağdamda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd olunmuşdur

 

Ağdam rayonunun Quzanlı qəsəbəsində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon anma mərasimi keçirilmişdir.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyev xalqımızın məruz qaldığı faciələrdən, torpaqlarımızın zaman-zaman ermənilər tərəfindən ələ keçirilməsindən, 1988-ci ildən başlayan Qarabağ müharibəsindən danışmışdır.

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Qədulla Səfərov, rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova başqaları erməni millətçilərinin himayədarlarının köməyi ilə əsrlər boyu azərbaycanlıları planlı şəkildə doğma dədə-baba yurdlarından çıxarmasından, ötən əsrin əvvəllərindəki ictimai-siyasi hadisələrdən, 1905-1907-ci 1918-1920-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində törədilən vəhşiliklərdən, 1948-1952-ci illərdə soydaşlarımızın Ermənistandakı tarixi torpaqlarından deportasiya olunmasından söz açmışlar. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanından sonra faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.

Çıxışlarda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın haqq işinin qalib gələcəyinə işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə əminlik vurğulanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-1 aprel.-S.3.