Maddi-mənəvi sərvətimiz - muzeylərimiz

 

Muzeyşünaslığın inkişafı həm elmin, təhsilin inkişafı, həm ölkəmizdəki muzeylər şəbəkəsinin genişlənməsi ilə bağlıdır. Muzeyşünaslıq elmi bilavasitə muzeyləri, onların tarixini, ictimai, maarifçi mədəni funksiyalarını, ekspozisiya quruluşunu fond ehtiyatını, digər elmlərlə əlaqələrini öyrənməklə məşğuldur.

Son illərdə bu sahədə müxtəlif dərsliklər, albomlar çap olunmuş, kitablar, monoqrafiyalar işıq üzü görmüşdür. Bunlardan biri AMEA-nın Memarlıq İncəsənət İnstitutunun nəşr etdirdiyi "Muzey ekspozisiyalarının estetik əsasları" adlı monoqrafiyadır. Əsərin müəllifi institutun baş elmi işçisi, sənətşünaslıq namizədi Aludə Zeynalovadır. Monoqrafiya "Elm" nəşriyyatında çapdan çıxmışdır.

Son illərdə bu sahədə müxtəlif dərsliklər, albomlar çap olunmuş, kitablar, monoqrafiyalar işıq üzü görmüşdür. Bunlardan biri AMEA-nın Memarlıq İncəsənət İnstitutunun nəşr etdirdiyi "Muzey ekspozisiyalarının estetik əsasları" adlı monoqrafiyadır. Əsərin müəllifi institutun baş elmi işçisi, sənətşünaslıq namizədi Aludə Zeynalovadır. Monoqrafiya "Elm" nəşriyyatında çapdan çıxmışdır.

Əsər muzeyşünaslıqda az öyrənilmiş bir sahəyə - ekspozisiyaların quruluşunun estetik xüsusiyyətlərinin öyrənilməsinə həsr edilib. Monoqrafiyada Azərbaycan Dövlət İncəsənət, Milli Azərbaycan Tarix bir çox digər muzeylərimizin geniş bədii-estetik təhlili yer almışdır. Müəllif təkcə əsas muzeylərin deyil, xatirə-memorial ansambllarının, ev müəssisə muzeylərinin təhlilini vermişdir. Ulu öndər Heydər Əliyevin Gəncə şəhərindəki Xatirə Muzeyi, xalq yazıçısı Mir Cəlalın Gəncədəki ev-muzeyi, Milli Olimpiya Komitəsi Muzeyi, Dövlət Dəmir Yolu Muzeyi, Azərbaycanı özünün əbədi əzəli vətəni hesab edən, dünya şöhrətli musiqiçi M.Rostropoviçin Bakıdakı ev-muzeyi bir çox başqa muzeylər barədə təhlil milli muzeyşünaslıq tariximizdə ilk analoji təcrübədir.

Monoqrafiya vətəndaşlıq mövqeyi ilə seçilir. Tədqiqatçı ölkəmizdə muzeyçilik ənənələrinin tarixi qaynaqlarına nəzər salıb. O göstərmişdir ki, yurdumuzda muzeylər nisbətən gec - XIX-XX yüzilliklərin ayrıcında meydana gəlsə , əslində tarix boyu Orta Şərqdə qüdrətli azərbaycanlı hökmdar sülalələri elmə, sənətə himayədarlıq göstərmiş, öz saraylarında nəfis sənət əsərləri - miniatürlər, əlyazmalar, zinət əşyaları toplamışlar. Bütün bunlar muzeyçilik ənənələrinin formalaşmasında müəyyən baza rolunu oynamışdır. Bu fikri əsaslandıran müəllif yazır ki, Avropanın bir çox tanınmış muzeyləri - Parisdə Luvr, Londonda Viktoriya Albert Muzeyi, Sankt-Peterburqda Ermitaj məhz hökmdar sülalələrinin kolleksiyaları bazasında təşəkkül tapmışdır.

Vətəndaşlıq mövqeyinin başqa bir ifadəsi özünü dünya muzeylərinin zənginləşməsində Azərbaycanın payının göstərilməsində tapır. Müəllif qeyd edir ki, vaxtilə çarizmin ucqar müstəmləkəsi olmuş Azərbaycanda muzeylər yaradılmadığından əldə olunan qiymətli tarixi bədii abidələr başqa şəhərlərə - Tiflisə, Moskvaya, Sankt-Peterburqa daşınıb oradakı muzeylərin eksponat fondunu genişləndirirdi. Bu xoşagəlməz hal Azərbaycanın özündə maarifin mədəniyyətin yayılmasını əngəlləyirdi.

Bu gün müstəqil Azərbaycan Respublikasında çoxlu sayda muzey var. Lakin Avropanın, Asiyanın, Amerikanın böyük muzeylərində mənşə etibarilə xalqımızla, maddi mədəniyyətimizlə, incəsənətimizlə bağlı minlərlə nadir eksponat mühafizə edilir. Bu, Azərbaycan mədəniyyətinin dünya muzeylərinə əvəzsiz hədiyyəsi, xalqımızın yaratdığı böyük mədəni irsin dünya miqyasında təzahürünün həqiqi nümunəsi, çoxəsrlik canlı ifadəsidir.

 

 

Zəkurə Quliyeva

 

Azərbaycan.-2009.-1 aprel.-S.7.