Azərbaycan güləşçisi
Avropa çempionu oldu
Azərbaycanın sərbəst
güləşçiləri martın 31-də Litvanın
paytaxtı Vilnüsdə
start götürmüş Avropa çempionatına uğurla başlamışlar.
Azərbaycan komandasının heyətində
möhtəşəm qələbəni
isə ən ağır çəkidə
yarışan Əli İsayev (120 kq) qazanmışdır. Ardıcıl olaraq, yunan
İ.Arzumanidis,
Bu, Azərbaycan
idmançılarının yarışın ilk günü
qazandıqları 3-cü medal olmuşdur. Ə.İsayevdən
əvvəl döşək üzərinə çıxan Cəbrayıl
Həsənov (66 kq) yalnız finalda ukraynalı Andrey Stadnikə
məğlub olaraq ikinci yeri tutmuşdur. Qeyd
edək ki, A.Stadnik Azərbaycanın qadın güləşi
üzrə yığma komandasının üzvü Mariya
Stadnikin həyat yoldaşıdır.
84 kiloqram
çəki dərəcəsində yarışan Novruz
Temrezov isə bolqarıstanlı Miroslav Geşevi məğlub
edərək bürünc medal əldə etmişdir. Bu,
idmançımızın Avropa çempionatlarında qazandığı
üçüncü bürüncdür.
Bu gün qitə
çempionatının döşək üzərinə
çıxacaq Azərbaycan idmançılarının rəqibləri
artıq məlum olmuşdur. Püşkə əsasən
Zəlimxan Hüseynov (60 kq) yunanıstanlı Aleksandros
Plavidis, Çamsulvara Çamsulvarayev (74 kq) fransalı Luka
Lampis, Hetaq Qazyumov (96 kq) isə Macarıstan təmsilçisi
Daniel Liqeti ilə qarşılaşacaqlar.
Azərbaycan.-2009.-1 aprel.-S.8.