Referendumun nəticələri Azərbaycan xalqının siyasi iradəsini tam əks etdirdi

 

Azərbaycan Respublikası davamlı demokratik inkişaf vətəndaş cəmiyyəti quruculuğu yolunda inamla irəliləyir. Hələ 14 il öncə, cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirakı ilə aparılan müzakirələrdən sonra, 12 noyabr 1995-ci il tarixdə referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ümummilli lider Heydər Əliyev yeni Konstitusiyamızın hazırlanmasına böyük əmək sərf etmişdir. Əsas Qanun milli dövlətçiliyin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da yüksəlməsi baxımından çox mühüm ictimai-siyasi hadisə olmuşdur.

Mövcud qanunlara əlavə dəyişikliklərin edilməsi ictimai münasibətlərin hüquqi tənzimlənməsini daha da təkmilləşdirmək, müasirləşdirmək məqsədindən irəli gəlir. Əsas Qanunun qüvvəyə mindiyi 1995-ci ildən ötən 14 il müddətində cəmiyyət həyatında fundamental dəyişikliklər baş vermişdir. Ölkə həyatının bütün sferalarında tərəqqinin əldə edilməsi, respublikamızın insan hüquq azadlıqlarının daha etibarlı təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulması, Avratlantik məkana inteqrasiya prosesinin sürətlənməsi Konstitusiyaya bir sıra mütərəqqi əlavə dəyişikliklərin edilməsini obyektiv tələbata çevirir. Xatırladaq ki, 2002-ci ilin 24 avqustunda bu zərurət nəzərə alınaraq Konstitusiyaya bir sıra əlavə dəyişikliklər edilmişdir. Lakin cəmiyyətin hazırkı sürətli inkişafı, habelə xalqın ümumi mənafeyi baxımından bu məsələyə yenidən qayıdılması zərurəti yaranmışdır. "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin mart ayının 18-də ümumxalq səsverməsinə - referenduma çıxarılması da bundan irəli gələrək tamamilə təbii, qanunauyğun, məntiqi proses olmuşdur.

İlk konstitusion islahatdan ötən 7 ildə Azərbaycanın ictimai-siyasi həyatında müşahidə olunan dəyişikliklər - iqtisadi, siyasi, hüquqi islahatların daha da dərinləşdirilməsi, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların sayının artması, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolunun obyektiv dəyərləndirilməsi onların dövlətin maliyyə dəstəyi ilə əhatə olunması, başlıcası isə sosial tələbatı əhəmiyyətli dərəcədə ödənən ölkə vətəndaşlarının ictimai şüurunda demokratik proseslərin qaçılmazlığı fikrinin möhkəmlənməsi digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdir. İqtisadi inkişafın yüksəliş mərhələsində ölkədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət bütün çalarları ilə məhz insana, şəxsiyyətə yüksək qayğı hörmət prinsipi üzərində qurulduğundan, Konstitusiyaya vətəndaş hüquqlarının konstitusion təminatının daha da gücləndirilməsi məqsədinə hesablanmış əlavə dəyişikliklərin edilməsi məsələsini yenidən aktuallaşdırmışdır. Yeni dövrün tələblərindən irəli gələn Konstitusiya islahatı da ictimai-siyasi həyatın bütün sferalarında xalqın rolunun artırılmasına hesablanmışdır.

Konstitusiyaya əlavə dəyişikliklər dövlətin sosialyönümlü siyasətinin daha səmərəli həyata keçirilməsi, uşaq hüquqlarının təminatında əlavə imkanların yaradılması, ekoloji problemlərin həllində dövlətin rolunun artırılması, hər kəsin vicdan azadlığının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, məhkəmə qərarlarının icrasının məcburiliyinə konstitusion statusun yaradılması, dövlət rəmzlərinə hörmətsizliyə görə məsuliyyətin gücləndirilməsi, müharibə şəraitində Konstitusiya Məhkəməsinin qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin döyüş əməliyyatlarının sonunadək uzadılmasını digər aktual məsələləri özündə əks etdirir.

Martın 18- keçirilən ümumxalq səsverməsində (referendumda) Azərbaycan seçicisi Konstitusiya islahatlarını dəstəkləyərək inkişaf tərəqqinin, sabitliyin tərəfdarı olduğunu bir daha təsdiq etdi. Bu əlavə dəyişikliklər Azərbaycan dövlətinin insan vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını yüksək dəyər verdiyini göstərdi.

Qeyd edək ki, referendum təyin edildikdən sonra fəal seçki hüququna malik olan 600 mindən çox vətəndaşı əhatə edən referendum üzrə təşviqat qruplarının 9-u MSK-da, 124-ü isə dairə seçki komissiyalarında qeydə alınımışdır. Təşviqat kampaniyası dövründə təşviqat qrupları televiziya, radio mətbuatda çıxışlar etmiş, kütləvi tədbirlərdə, o cümlədən yığıncaqlar, vətəndaşlarla görüşlər müzakirələr keçirmək yolu ilə 4 milyondan artıq seçicini əhatə edə bilmişdilər. Aparılan təhlillər təşviqat dövründən bütövlükdə səmərəli istifadə edildiyini, seçicilərin maarifləndirilməsi referenduma çıxarılan məsələlərin vətəndaşlara dolğun çatdırılması istiqamətində əhatəli görüldüyünü təsdiqləmişdir.

Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasına əsasən, səsvermə seçicilərin 70,83 faizinin iştirakı ilə, yüksək fəallıq şəraitində keçmişdir. Səsvermə prosesi 47 mindən çox yerli müşahidəçinin, habelə 25-ə yaxın ölkənin 30-a qədər nüfuzlu beynəlxalq qurumunun 177 nümayəndəsinin, 10 beynəlxalq nüfuzlu KİV təmsilçisinin çoxsaylı yerli mətbuat nümayəndələrinin müşahidəsi ilə baş tutmuşdur. Referendum ölkə ərazisində fəaliyyət göstərən seçki məntəqələrinin 500- quraşdırılmış veb-kameralardan geniş miqyasda izlənməklə qanunvericiliyin tələblərinə müvafiq olaraq azad, ədalətli, şəffaf şəraitdə gerçəkləşdirilmişdir. Səsvermədə iştirak edən seçicilərin müvafiq olaraq 87-91 faizi referenduma çıxarılımış Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs vermişdir. Bununla da layihə qəbul edilmişdir.

"Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin referendum yolu ilə qəbul edilməsi demokratik inkişaf yolunda daha bir addım oldu. Prezident İlham Əliyev Konstitusiya islahatları ilə bağlı bildirmişdi: "Azərbaycanın demokratik inkişafına böyük təkan verən demokratiyanı inkişaf etdirən çox önəmli hadisə baş vermişdir. Azərbaycan xalqı referendumda Konstitusiyaya əlavələr dəyişikliklərə öz münasibətini bildirmişdir. Bu təkliflərin dəstəklənməsinə görə bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycan xalqı bir daha öz həmrəyliyini nümayiş etdirdi, görülən işlərə münasibətini bildirdi, öz dəstəyini ifadə etdi. Bu dəstək bizə güc verir, bu dəstəyin nəticəsində bütün islahatları aparmaq daha asan olacaqdır. Həm siyasi islahatların aparılması, demokratik prosesin təkmilləşdirilməsi davam etdirilməlidir, həm iqtisadi sahədə əldə olunmuş uğurlarla kifayətlənməməliyik. Baxmayaraq ki, bu gün dünya Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıyır, biz gələcəyə yenə eyni fəallıqla yanaşmalıyıq. Gələcək işlərimizi elə qurmalıyıq ki, Azərbaycanın hərtərəfli, dayanıqlı, uzunmüddətli inkişafı davam etsin".

Səsvermə prosesini müşahidə edən nüfuzlu dövlətlərin beynəlxalq qurumların təmsilçiləri prosesin azad, ədalətli şəffaf keçdiyini bildirmişlər. Avropa Şurası Parlament Assambleyasının nümayəndələri, Milli Məclis tərəfindən dəvət olunmuş Avropanın 6 ölkəsini (İspaniya, Böyük Britaniya, Belçika, Fransa, Estoniya Finlandiya) təmsil edən nümayəndə heyəti referendumun beynəlxalq demokatik standartlara cavab verdiyini, fəal, sakit peşəkarlıq şəraitində keçdiyini bəyan etmişlər. Beynəlxalq müşahidəçilər olduqları seçki məntəqələrində səsvermə prosesinin qanunvericiliyə uyğun keçdiyini qeyd etmişlər. Birgə bəyanatda qeyd olunmuşdur ki, seçki məntəqələrinə giriş sərbəst olmuş seçicilər bütün sualları ayrı-ayrılıqda cavablandırmışlar. Səslərin hesablanması açıq, şəffaf şəkildə aparılmış heç bir problem aşkar edilməmişdir.

Bütövlükdə, ölkəmizdə səfərdə olan beynəlxalq mühahidəçi qrupların yekun rəylərində referendumun nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyi göstərilmişdir. Bu fakt ölkəmizin demokratik dəyərlərə sadiq qaldığını Avratlantik məkana sürətlə inteqrasiya etdiyini aparılan bütün islahatların xalqımızın mənafeyinə tam cavab verdiyini sübut etdi.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-2 aprel.-S.1.