Milli Təhlükəsizlik Nazirliyində görüş

 

Aprelin 1- milli təhlükəsizlik naziri, Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Eldar Mahmudov Azərbaycan ilə yaxından tanış olmaq, o cümlədən respublikanın mövcud reallıqları barədə ətraflı obyektiv məlumat toplamaq məqsədilə ölkəmizdə səfərdə olan Belçika Krallığının senatoru xanım Dominique Tilmansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Dövlət Komissiyasının sədri Eldar Mahmudov Azərbaycanın 1988-ci ildən etibarən Ermənistan tərəfindən təcavüzə məruz qaldığını nəticədə bir çox fəsadlarla, xüsusən humanitar problemlə, insanlıq əleyhinə cinayətlərlə, vandalizm aktları ilə üzləşdiyini diqqətə çatdırmışdır. Bununla bağlı ən başlıca problemlərdən birinin itkin düşmüş şəxslər onların taleyi ilə əlaqədar məsələ olduğunu bildirən Eldar Mahmudov həmin humanitar problemin nəticələrinin aradan qaldırılması işinin dövlət səviyyəsində daim diqqətdə saxlanıldığını bildirmiş, Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulamışdır. Komissiya sədri ölkəmizdə həyata keçirilən demokratik-hüquqi dövlət quruculuğunun, məqsədyönlü sosial-iqtisadi islahatların, yaradılmış sabitlik vətəndaş həmrəyliyinin Azərbaycanın əldə etdiyi uğurlar bundan sonrakı uzunmüddətli inkişafı üçün zəmin yaratdığını söyləmişdir.

Belçika parlamentinin senatoru xanım Dominique Tilmans nümayəndə heyətinin üzvləri səmimi qəbula dolğun məlumata görə təşəkkürlərini bildirmişlər. Belçikalı senator Azərbaycanın son illərdə siyasi-iqtisadi sosial sahədə əldə etdiyi uğurları qeyd edərək, səfərləri çərçivəsində Dağılq Qarabağ münaqişəsi barədə topladıqları obyektiv məlumatların, burada baş verən hadisələr proseslərlə bağlı əsl həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması işində ölkəmizə öz dəstəklərini əsirgəməyəcəklərini bildirmişdir.

Görüşdə humanizm prinsipləri obyektivlik naminə birgə fəaliyyətin səmərəliliyi baxımından işgüzar əməkdaşlığın davam etdirilməsinin vacibliyi xüsusi vurğulanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-2 aprel.-S.2.