Azərbaycan ilə OPEC-nin Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlıq
uğurla davam edir
Aprelin 1-də Maliyyə Nazirliyində
OPEC-nin Beynəlxalq İnkişaf Fondunun baş direktoru Süleyman əl-Hərbişin
rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüş
keçirilmişdir.
Görüşdən əvvəl qonaqlar Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə
əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə
də tər çiçəklər düzülmüşdür.
Nümayəndə heyəti Şəhidlər
xiyabanında Azərbaycanın
müstəqilliyi və
ərazi bütövlüyü
uğrunda canlarından
keçmiş qəhrəman
Vətən övladlarının
xatirəsini anmış,
"Əbədi məşəl"
abidəsi önünə
əklil qoymuşlar.
Maliyyə naziri Samir Şərifovun
OPEC-nin Beynəlxalq İnkişaf Fondunun baş direktoru Süleyman əl-Hərbiş
ilə görüşündə
Azərbaycan ilə
OPEC-nin fondu arasında əlaqələrinin
uğurla inkişaf etdiyi xüsusi vurğulanmışdır.
Nazir Samir Şərifov Azərbaycan ilə dünyanın ən mötəbər beynəlxalq
iqtisadi və maliyyə qurumları arasında əməkdaşlığın
genişlənməsini daim
diqqətdə saxlayan
Prezident İlham Əliyevin siyasətinə
müvafiq olaraq ölkəmizlə OPEC-nin
Beynəlxalq İnkişaf
Fondu arasında əlaqələrin dərinləşməsi
istiqamətində ardıcıl
praktiki addımların
atıldığını bildirmişdir.
Fondun baş direktoru Süleyman əl-Hərbişin
Azərbaycana ilk səfərinin
əhəmiyyətinə toxunan
nazir, bu səfər çərçivəsində
müəyyənləşdiriləcək
tədbirlərin əməkdaşlığın
əsaslı şəkildə
genişlənməsinə təkan verəcəyinə
əminliyini söyləmişdir.
Süleyman əl-Hərbiş rəhbərlik
etdiyi fond ilə Azərbaycan arasında əlaqələrin inkişafından
razılığını bildirmiş, səfər çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün
yeni imkanların hərtərəfli araşdırılacağını
demişdir.
Qonaq fondun ölkəmiz ilə əlaqələrin
genişləndirilməsinə mühüm əhəmiyyət
verməsini Azərbaycan
iqtisadiyyatının uğurla
inkişaf etməsi, burada əlverişli biznes mühitinin formalaşdırılması və
islahatların layiqincə
həyata keçirilməsi
ilə əsaslandırmışdır.
Görüşdən sonra "Azəriqazbank"
Səhmdar İnvestisiya
Bankı və OPEC-nin Beynəlxalq İnkişaf Fondu arasında kredit sazişi imzalanmışdır. Sənədi "Azəriqazbank" Səhmdar
İnvestisiya Bankı
müşahidə şurasının
sədri Çingiz Əsədullayev və
OPEC-nin Beynəlxalq İnkişaf Fondunun baş direktoru Süleyman əl-Hərbiş
imzalamışlar.
***
Sonra maliyyə naziri Samir Şərifov və Süleyman əl-Hərbiş görüşün
yekunlarına dair mətbuat konfransı keçirmişlər.
Samir Şərifov imzalanan sənədi uğurlu əməkdaşlığın daha bir bariz
nümunəsi kimi qiymətləndirmişdir. Nazir belə
bir sazişin dünyanı bürümüş
maliyyə və iqtisadi böhran dövründə imzalanmasını
Azərbaycanın mükəmməl
iqtisadi siyasətinin, beynəlxalq səviyyədə
etibarlı tərəfdaş
imici qazanmasının
məntiqi nəticəsi
kimi dəyərləndirmişdir.
Nazir S.Şərifovun fikirləri
ilə şərik olduğunu vurğulayan Süleyman əl-Hərbiş,
OPEC-nin Beynəlxalq İnkişaf Fondu barədə geniş məlumat vermiş,
1976-cı ildən fəaliyyətə
başlayan bu mötəbər qurumun həyata keçirdiyi tədbirləri ətraflı
xarakterizə etmişdir.
Bildirilmişdir ki, Azərbaycanda OPEC-nin Beynəlxalq İnkişaf Fondunun dəstəyi ilə iki layihə həyata keçirilir. Fond Vəlvələçay-Taxtakörpü kanalının tikintisi və Ucar-Yevlax avtomobil yolunun bərpa olunması layihələrinə 14 milyon
ABŞ dolları güzəştli
kredit ayırmışdır.
Bu kreditlər 20 il müddətinə 5 il güzəştli olmaqla illik 2,75 faizlə
verilir.
OPEC Fondunun Azərbaycanın qeyri-neft sektoru ilə də əlaqələrini genişləndirməkdə
qərarlı olduğu
vurğulanmış, "Azəriqazbank"
Səhmdar İnvestisiya
Bankı ilə imzalanan kredit sazişinin bunun konkret nümunəsi olduğu diqqətə çatdırılmışdır.
Azərbaycan.-2009.-2 aprel.-S.2.