Nevada Ştatının
qubernatoru ABŞ-da ilk dəfə 31 mart gününü
1918-ci ildə qətlə
yetirilmiş günahsız
azərbaycanlıların xatirə
günü kimi rəsmən tanımışdır
ABŞ Azərbaycanlıları Şəbəkəsi
(USAN) diaspor təşkilatı
tərəfindən mətbuat
üçün yayılmış
məlumatda bildirilir ki,
Ştatın qubernatoru
Cim Gibbons onun ofisinə təqdim olunmuş bütün sənədləri
və tarixi dəlilləri diqqətlə
öyrəndikdən sonra
müvafiq qərar qəbul etmişdir. Sənəddə həmçinin Azərbaycanın
ərazi bütövlüyünün
tanınması və
Dağlıq Qarabağın
Azərbaycan Respublikasına
mənsub olması da vurğulanır.
Beləliklə, tarixdə
ilk dəfədir ki,
ABŞ-ın dövlət
rəsmisi 1918-ci il martın 31-də erməni quldur dəstələri tərəfindən
dinc azərbaycanlıların
qətlə yetirilməsi
faktını tanıyan
rəsmi sənəd imzalamışdır.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.-2009.-2 aprel.-S.2.