Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın ölkəmizdə
yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 2-də Bolqarıstan
Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Vasil Todorov Kalinovun etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Vasil Todorov Kalinov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət
etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında
ikitərəfli münasibətlərin
uğurla inkişafını,
yüksək səviyyəli
qarşılıqlı səfərlərin,
məsləhətləşmələrin
əlaqələrin dinamik
inkişafına xidmət
etdiyini vurğuladı. Dövlətimizin başçısı səfirin
ölkəmizdəki diplomatik
fəaliyyəti müddətində
də Azərbaycanla Bolqarıstan arasında əlaqələrin inkişaf
edəcəyinə və
genişlənəcəyinə əminliyini bildirdi.
Vasil Todorov Kalinov Bolqarıstan Prezidenti Georgi Pırvanovun salamlarını dövlətimizin
başçısına yetirdi. O dedi ki, Bolqarıstanın rəhbəri cənab İlham Əliyevə prezidentliyi dövründə
ölkədə bütün
sahələrdə, o cümlədən
demokratiya sahəsində
əldə olunan inkişaf münasibətilə
təbriklərini çatdırır
və bu işdə dövlətimizin
başçısına və
xalqımıza yeni-yeni
uğurlar arzulayır.
Bolqarıstanın regionda sabitliyin
tərəfdarı olduğunu
bildirən səfir ölkəsinin Azərbaycanın
ərazi bütövlüyünü
dəstəklədiyini vurğuladı.
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Georgi Pırvanovun salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını və xoş arzularını ona çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.-2009.-3 aprel.-S.1.