Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Həsən Haminin etimadnaməsini qəbul etmişdir.

Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Həsən Hami etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Azərbaycanla Mərakeş arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, fəaliyyəti dövründə səfir ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.

Səfir Bakıya gəldiyi vaxtdan ölkəmizdə böyük inkişafın şahidi olduğunu dedi. Həsən Hami ölkəmizdə səmərəli fəaliyyəti üçün göstərilən diqqətə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi, qarşılıqlı əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 aprel.-S.1.