Azərbaycan Prezidenti İlham Əliyev Çinin ölkəmizdə
yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 2-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Çjan Yannyanın etimadnaməsini qəbul etmişdir.
Diplomat Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Çjan Yannyan etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət
etdi.
Prezident İlham Əliyev Azərbaycanla Çin arasında əlaqələrin
uğurla inkişaf etdiyini, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın
daha da genişləndirilməsi
üçün yaxşı
imkanların olduğunu
vurğuladı. Çin Xalq Respublikasının böyük inkişaf yolu keçdiyini xatırladan dövlətimizin
başçısı ötən
il Pekin
Olimpiadası zamanı
bu inkişafın əyani şahidi olduğunu söylədi. Səfirə
fəaliyyətində uğurlar
arzulayan dövlətimizin
başçısı əmin
olduğunu bildirdi ki, onun ölkəmizdəki
diplomatik fəaliyyəti
müddətində ikitərəfli
əlaqələr daha
da genişlənəcəkdir.
Səfir Çin Xalq Respublikasının sədri
Hu Szintaonın səmimi salamlarını
dövlətimizin başçısına
çatdırdı. O dedi ki, Çin rəhbəri Azərbaycan
Prezidenti İlham Əliyevin 2005-ci ildə Çinə dövlət
səfərinin qarşılıqlı
əlaqələri yeni
inkişaf səviyyəsinə
qaldırdığını bildirir. Azərbaycan-Çin dostluq və
əməkdaşlıq münasibətlərinin
daim inkişaf etdiyini və möhkəmləndiyini vurğulayan
diplomat dövlətimizin başçısını
əmin etdi ki, səfir kimi fəaliyyəti müddətində ikitərəfli
əlaqələrin daha
da genişlənməsinə
səy göstərəcəkdir.
Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri
Hu Szintaonın salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını ona çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.-2009.-3 aprel.-S.1.