"Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması barədə

 

18 mart 2009-cu il tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının 31 mart 2009-cu il tarixdən qüvvəyə minməsini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, altı ay müddətində Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, 18-ci, 19-cu, 25-ci, 29-cu, 39-cu, 48-ci, 72-ci 146-cı maddələrinə edilən əlavələrdən dəyişikliklərdən irəli gələn müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, dörd ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının 18 mart 2009-cu il tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktına uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki, dörd ay müddətində Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci, 50-ci, 67-ci, 71-ci, 75-ci, 84-cü, 96-cı, 101-ci, 108-ci, 109-cu, 125-ci, 129-cu, 131-ci 149-cu maddələrinə edilən əlavələrdən dəyişikliklərdən irəli gələn müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, 25-ci, 32-ci, 48-ci, 71-ci, 72-ci, 84-cü, 96-cı, 101-ci, 125-ci, 129-cu, 131-ci, 146-cı 149-cu maddələrinə edilən əlavələrdən dəyişikliklərdən irəli gələn müvafiq qanun layihələrini qanun vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyasına (Venesiya Komissiyasına) ekspert rəyinin alınması üçün təqdim etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2009-cu il

 

Azərbaycan.-2009.- 3 aprel.-S.1.